SON DƏQİQƏ

"Elimizə Bahar Gəlir" adlı sərgi keçirilib+ FOTOLAR

Tarix:18-03-2022, 23:37

Azərkitab Kitab Mərkəzi və AGİ-ib-nin dəstəyi ilə "Şuşa İli"nə həsr olunmuş "Elimizə Bahar Gəlir" adlı sərgi-tədbir Azərkitab kitab Mərkəzində təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsi başladı. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Layihə rəhbəri Elnurə İsgəndərova təbiri giriş sözü ilə açaraq sərgi-tədbir haqqında geniş məlumat verdi. Artıq ölkəmizdə milli adət-ənənələrimizin rəmzi olan tarixi Novruz bayramının xüsusi təntənə ilə ilə qeyd olunduğunu vurğuladı. Diqqətə çatdırdı ki,  30 ilə yaxın düşmən tapdağında qalmış Vətən torpaqlarında xalqımız bu gün ordumuzun rəşadəti sayəsində Novruz bayramını qarşılayır. Azad edilmiş torpaqlarımızda alovlanan Novruz tonqalları hər bir azərbaycanlının qürur mənbəyinə çevrilir.  Sərginin təşkilatçısı Aygün İsgəndərova nümayiş etdirilən rəsm əsərləri barədə iştirakçılara ətraflı məlumat verdi. Müxtəlif ali və orta təhsil müəssisələri, habelə kursların yetirmələri olan  rəssamların sərgiyə böyük həvəslə hazırlaşdıqlarını, əsərlərin fərqli və təkrar olunmaz keyfiyyətdə olduğunu diqqətə çatdırdı.  Daha sonra çıxış edənlər müxtəlif ali və orta təhsil müəssisələrindən olan müəllimlər sərgidə nümayiş etdirilən yüksək peşəkarlıqla ərsəyə gəlmiş rəsmlərin böyük maraqla qarşılandığını qeyd etdilər.  80 nəfərə yaxın rəssamın əsərlərinin nümayiş olunduğu sərginin müvəffəqiyyətlə yekunlaşması xüsusi qeyd olundu. Tədbirin sonunda rəssamlar diplomla təltif olundular.

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ