"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-15:50-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.
19.03.2022-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsini əhatə edən “Tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi və korlanması” mövzusu, eyni zamanda milli adət-ənənəylə bağlı fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Jalə Abışova- Hüquqmüdafiəçisi.
2. Qələndər Muxtarlı – Hüquq müdafiəçisi.
3. Elçin Həsənov- Mediator
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
“XeberTıme.az”