SON DƏQİQƏ

Şabran rayonunda Vətən müharibəsi şəhidi Xəyal Həsənovun ailəsini ziyarət olundu- FOTO

Tarix:20-03-2022, 00:57

II Qarabağ müharibəsi ölkəmizin parlaq qələbəsi ilə başa çatdı. Bu müharibəni dünya hərb tarixində dönüş olaraq da dəyərləndirirlər.
Şabran rayonu Surra kəndində “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova və Cəmiyyətin bir sıra üzvüləri, qonaqlar və ata-anası ilə birgə Vətən müharibəsinin gənc qəhrəman şəhidi, XTQ-nin baş əsgəri Xəyal Həsənovun məzarı ziyarət olundu. Şəhidin ruhuna dualar oxunaraq, ailəsinə, əzizlərinə səbr diləndi. 


Şəhidin məzarının ziyarətindən sonra şəhidin böyüdüyü evdə ailəsi ziyarət olundu. Görüş zamanı şəhidimizin keçdiyi həyat yolundan, tələbəlik illərindən, şərəfli döyüş yolundan söhbət açıldı. Şəhid anası Zərnişan xanım, Əliyulla ata oğlu ilə bağlı xoş xatirələrindən danışdı.

 
Görüş zamana qonaqlar şəhidin şəxsi əşyalarından, geyimlərindən və rəsmlərindən ibarət olan ev muzeyini ziyarət etdilər.


 
Zərnişan ana göz yaşları içində Xəyalın ana aldığı lakin, bağışlaya bilmədiyi hədiyyəsinin tarixcəsindən danışdı.


“Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova Zərnişan anaya qələbəmizin rəmzi olan “Xarı Bülbül” rəsmini əks etdirən yaylıq bağışladı.

                                                                        
Xatırladaq ki, Həsənov Xəyal Əliyulla oğlu Vətən müharibəsində Murov dağ, Kəlbəcər, Ballı Qaya Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı 22 illik qısa ömür yoluna şərəfli bir tarix yazaraq şəhidlik zirvəsinə ucalır.  

                                        
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev Həsənov Xəyal Əliyulla oğlunu ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə”, ”Cəbrayilin azad olunmasına görə” ,”Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif etmişdir. Şəhidin anası Zərnişan Həsənova “Dədə Qorqud” İctimai Birliyi tərəfindən “Mehriban Ana” medalı ilə təltif olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan qəhrəmanların xatirəsini Azərbaycan xalqı daim əziz tutacaq.
Möhtəşəm Zəfərin qazanılmasına töhfəsini vermiş Vətənin xilaskarları, Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ