SON DƏQİQƏ

General-mayor şəhid ailələri və Qarabağ qaziləri ilə Novruz bayramı münasibəti ilə görüş keçirtdi-FOTOLAR

Tarix:21-03-2022, 10:32

Hilal Nəcəfov- “Şəhid atalarının, şəhid analarının, şəhid övladlarının bu məclisdə könlünü xoş edə bildiksə qürurluyuq.”                                               18.03.2022-ci il tarixində Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin general-mayoru Hilal Nəcəfov Bakı, Sumqayıt şəhəri və Azərbaycanın bir sıra bölgələrində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi qaziləri, Vətən müharibəsinin kəşfiyyatçı qaziləri, muharibə iştirakçıları üçün səmimi görüş keçirtdi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə çıxış edən şəhid anaları, şəhid ailə üzvüləri, qazilər, muharibə iştirakçıları, iş adamları tədbirin təşkili üçün General-mayor Hilal Nəcəfova öz minnətdarlıqlarını bildirdilər.                                                                      

General-mayor Hilal Nəcəfov möhtəşəm keçən görüş haqqında xoş təssüratlarını  “XeberTıme.az” Analitik  informasiya portalı ilə bölüşdü:                                                                              
Ərazi bötövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi Novruz bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Eyni zamanda, onların valideynlərini, ailələrini, öəvladlarını Vətən uğrunda sağlamlığını itirən qazilərimizi bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Şəhid ailələrini və qaziləri diqqətdə saxlayaraq bu cür tədbirləri mütamadə olaraq keçirtmək onları bir araya toplamaq, könüllərini almaq hər bir vətəndaşın borcudur. Şəhid atalarının, şəhid analarının, şəhid övladlarının, şəhid ailə üzvülərini bu məclisdə könlünü xoş edə bildiksə qürurluyuq. Yeganə xanım bir səhnəni hələ də unutmuram, şəhidin övladı tədbirin açılışında səslənən Azərbaycan Dövlət himnini necə də ürəklə, məğrur dayanaraq ifa edirdi. Bu vətənə, xalqa, dövlətə sevgi deməkdir. Hər bir şəhid ailəsinə və qazilərə öz minnətdarlığımı bildirirəm.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müstəqil Azərbaycanın ordusu güçlənib, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatıb və dövlətçilik ənənələri daha da möhkəmlənib. Azərbaycan Ordusunun Ali Sərəkərdəsi, cənab İlham Əliyev başda olmaqla Azərbaycanın Müzəəffər Ordusunun bütün şəxsi heyyətini Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm can sağlığı, uzun ömür arzulayıram. Novruz bayramınız mübarək olsun!"                                                           

Xatırladaq ki, tədbirdə bir sıra media nümayənədələri, Azərbaycan Respublikasının xalq artisti Faiq Ağayev, vətənpərvər müğənnilər Ülkər Yaşar qızı, Ruslan Zülfüqarov, Şəbnəm Turan, öz məlahətli ifaları tədbir iştirakçılarını təbrik etdilər.                                                                 
Müəllifdən: General-mayor Hilal Nəcəfov Cənab Prezidentin etimadını qoruyub saxlayaraq əlamətdar günlərdə şəhid  ailələrini və qaziləri diqqətdə saxlayır və Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması, ərazi bötövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hörmət və etiramla yad edir.  Cənab general bizdə  “XeberTıme.az” Analitik informasiya portalının bütün komandası adından sizə bu humanist və diqqətli addımınıza görə öz təşəkkürümüzü bildiririk. Sizə uzun ömür can sağlıqı arzulayırıq.  Şəkillərə görə fotoqraf Zöhrab Zöhrabova təşəkkürümüzü bildiririk. 

Yeganə Telmanqızı               
“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ