SON DƏQİQƏ

Adyala bükülmüş şəhid

Tarix:21-03-2022, 14:21

Cəfər və Əkbər əkiz qardaşları ilə  yaşadığımız Ağdam şəhərində mehriban çəpər qonşusu  olmuşuq. Hər gün meyvəli bağımızı gəzərkən hərəmiz öz heyətimizin məhsulundan bir - birimizə paylaşaraq bəxtəvər  dövran sürərdik.
Orta məktəbi bitirdik. Hərəmiz bir ixtisas sahibi olduq.
Bir vaxtlar yazığımız gələrək yer verdiyimiz ermənilərin Xankəndində yalları artıq düşərək qudurdular, xarici havadarlarına  arxalanaraq torpaq iddiası fikrinə düşdülər.1988- ci illərin əvvəlləri idi.
Ermənilər Azərbaycanlılar yaşayan kəndlərə hücum edərək  onları qətlə yetirir, evlərinə od vuraraq yandırırdılar.
Yaraqlı ermənilər Stepanakert adlandırdıqları Xankəndində mitinqlər keçirir, " Böyük Ermənistan"  yaratmaq  xülyası adı altında ərazilərimizi zəbt edirdilər. 
1988- ci illərdə Qərbi Azərbaycandan -  Ermənistandan 500 mindən çox soydaşlarımız öz dədə - baba yurdlarından vəhşicəsinə qovularaq dolu  evlərini , mülklərinidən, əmlaklarından  , bol bəhrəli bag- bağlarından,  təsərrüfatlarında məhrum olaraq   Azərbaycana pənah gətirmişdilər.
Bu azmış kimi acgöz işğalçı erməni quldurları sərhədlərimizdə də  fitnəkarliq törədir, camaatın mal -qarasını oğrayır, insanlara divan tuturdular.
Qatabag və ətraf ərazilərimizdə 100 minlərlə qaçqınlar didərginlər Ağdama axışıb gəlmişdilər.
Ağdamın qeyrətli oğulları , eləcə də sərhəd bölgələrində yaşayan mərd ,qorxmaz oğullar özünü müdafiə batalyonları  yaradaraq sərhədlərimizi təcavüzkar erməni yaraqlılarından qorumağa başladılar.
Cəfər və Əkbər qardaşları da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulmuşdular.
Cəfər Musa oğlu Məmmədov 25 may 1961-ci ildə Ağdam şəhərində anadan olmuşdu.
1967- 1978 ci illərdə Xurşidbanu Natəvan adına Ağdam səhər 5 nömrəli orta məktəbdə oxumuşdur. Cəfər 1979- 1981  illərdə Ağdam rayon Kənd Təsərrüfatı texnikumunun inşaat  şöbəsində  təhsil almışdı.
Hərbi xidmətini başa vurduqdan sonra öz ixtisası üzrə işləyirdi. Atası Musa müəllim ingilis dili müəllimi idi.
Musa müəllim övladlarını vətənpərvər ruhda böyütmüşdür. Ermənilər isə daha da azğınlaşmışdılar.
Cəfər Məmmədov 1990 - cı ildə yeni yaradılmış xüsusi polis dəstələrində Ağdam rayon şöbəsinin  hazırladıqları bir çox uğurlu döyüş əməliyyatlarında iştirak etmişdir.
Soyuq səngərlərdə, nəm torpaq üzərində  gecə- gündüz keşik çəkmək Cəfərin səhhətinə  mənfi təsir etsə də ,döyüşlərdə ön cəbhədə gedirdi. Növbəti  Mehmanə kəndi uğrunda qanlı döyüşlərdən birində  Cəfər ağır yaralandı.
Döyüş dostları Cəfəri belinə bağladığı adyala bükərək təhlükəsiz zonaya gətirsələr də, igid döyüşçümuz , əziz qonşumuz gözlərini əbədi yumdu və şəhidlik zirvəsinə ucaldı.
Ağdam şəhəri 1988-ci ildən 1993 cu ilin iyul ayının 23-nə qədər döyüşdü,  azgın düşmənə qarşı muqavimət göstərdi, 6 mindən çox şəhid verdi.
Qeyri bərabər döyüşdə doğma yurdumuz işğal olundu.
27 ildən sonra şanlı ordumuz erməni quldur dəstələrinə  layiqli zərbələr vuraraq  düşmənləri yurdumuzdan iti qovan kimi qovdular.
Ruhlar şəhərinə çevrilmiş Ağdam şəhəri  bu gün yenidən qurulur, tikilir.
Bu gün cəmi səhidlərimizin ruhu da sevinir.
Biz sizlərə borcluyuq şəhidlərimiz! Sizi unutsaq, özümüz də unudularıq .
Rauf İlyasoğlu, 

"Həkəri" qəzetinin baş redaktoru, şair- publisist.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ