SON DƏQİQƏ

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib- FOTO

Tarix:22-03-2022, 12:09

XeberTıme.az Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib. Tədbir baharın gəlişini, milli adət-ənənələrimizi və Novruz atributlarını özündə əks etdirən əl işlərindən ibarət sərgiyə baxışla açılıb. 
Konsertdə foertepiano, xalq çalğı alətləri şöbəsinin şagirdləri, "Ümid" rəqs ansamblı və "Şəfəq xoru" çıxış ediblər. Proqrama həm xarici, həm də Azərbaycan bəstəkarlarının bir-birindən maraqlı əsərləri daxil edilib.
Konsertdə məktəbin fortepiano sinfi, xalq çalğı alətləri şöbəsi, kamança, tar, xanəndə, fleyta sinfi üzrə şagirdləri ifaları ilə tamaşaçıların rəğbətini qazanıblar.
Tədbirin sonunda məktəbin direktoru "Şəfəq" xorunun üzvlərini və fəal rəssamları fəxri fərmanlarla təltif edib.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ