SON DƏQİQƏ

Azərbaycan boksçusu Avropa çempionu olub

Tarix:23-03-2022, 23:19

Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.
XeberTıme.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.
51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək qızıl medala layiq görülüb.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ