SON DƏQİQƏ

Birinci və İkinci Qarabağ müharibəsinin şəhid analarının iştirakı ilə görüş keçirildi

Tarix:24-03-2022, 00:05

18.03.2022-ci il tarixində "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədr müavini Günay Məmmədovanın və Xəzər rayonu “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Valeh Aslanovun təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar bayram tədbiri  təskil olunub. Şəhid analarının iştirakı ilə baş tutan tədbirdə torpaqlarımız uğrunda şəhid olmuş oğullarımızın qəhrəmanlıq səlnaməsindən söhbət açılıb.Qalib Azərbaycan tarixi yazan Müzəffər Ordumuzun əsgər və zabitlərinin şücaətindən danışılıb. Xatırladaq ki, tədbirdə bir sıra rəsmi qonaqlar, media nümayəndələri iştirak edirdilər.                                                      Bahadur Muradov,  Ülkər Yaşar qızı, Rəşad Abbasov öz ifaları ilə qonaqları təbrik ediblər. 

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ