SON DƏQİQƏ

“Gedim, gülab verim, gəlim”

Tarix:26-03-2022, 10:17

Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Bu bayramın bir çox adət-ənənələri hər yerdə eyni olsada bəzi adətləri vardır ki, o adətlər xüsusi bölgələrə aiddir. Belə ki, Ordubadında özünə məxsus ənənələri vardır ki, o ənənələr bu gün də yaşadılır. Əvvəlcə ev sakinləri bayramın ilk günü sübh tezdən oyanaraq evin böyüklərini təbrik edir. Müxtəlif şirniyyatlar, meyvələr və s. ilə bəzədilmiş bayram masasının baş tərəfindəki gülabdandan ovcuna süzdüyü gülabı başına çəkərək üzünə doğru salavatla tamamlayır. Təmizlik, saflıq, gözəllik simvolu olan gülabın burada daha bir üstünlüyü – təmizləyici funksiyası da özünü göstərir. Bir neçə damcı gülab bəs edir ki, əlləri mikroblardan təmizləsin, dezinfeksiya etsin. Hər kəs bir-birini görməyə, gülab verib təbrik etməyə tələsir. Hətta bayram günlərində biri digərini təbrik etmək istəyəndə deyər: “Gedim, gülab verim, gəlim”. Bu, insanların təbrik üçün atacağı addımını ifadə edir.
Gülabla, gülabçəkmə ilə bağlı adətlərin Ordubad bölgəsinin ən qədim və həm də sevimli məşğuliyyəti olmasını təsdiq edən folklor nümunələri yaddaşlarda yaşamaqdadır:
Əzizim, güldən alam,
Gülabı güldən alam.
Gülşəndə bülbül ölsə,
Qanını güldən alam. 
Xalq gülab çəkməklə bağlı adət və ənənəsini qanun şəklində qorumaqdadır: “Gülab hər evdə çəkilməz, həmən ev dövri-qədimdən təmiz nəslin evi olmalıdır”.
                                                                             
Natiq Paşayev


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ