SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:26-03-2022, 10:54

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
26.03.2022-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsini əhatə edən “Oğurluq cinayətləri” mövzusu ilə bağlı  fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr  aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                                           

1. Qeys Musayev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil 

 
 
2. Vəfa Abdullayeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

 
 
3. Xanım Qurbanova– Hüquq müdafiəçisi.
 
 

4. Bulud Yusifov - Mediator 
  
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və  “dünyatv.az” sayıtlarına məxsusdur.

 
Yeganə Telmanqızı 
  “XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ