SON DƏQİQƏ

Ukraynanın döyüşçü qadınları Baku TV-yə danışıblar - VİDEO

Tarix:27-03-2022, 08:41

Artıq bir aydan çoxdur ki, Rusiyanın Ukraynada başlatdığı müharibədə ölkəsinin müdafiəsi üçün tək ukraynalı kişilər yox, qadınlar da silah götürüb orduya qatılıblar. Hətta onların sayı durmadan artmaqdadır. Ukraynanın müdafiəsi üçün orduya qatılan ukraynalı qadınlar arasında təkcə ölkədə yaşayanlar deyil, hətta xaricdən gələnlər də var. 
Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov Ukraynanın qadın döyüşçüləri ilə müharibə barədə danışıb. 
“Müharibədən əvvəl veterinar klinikanın cərrahı işləyirdim. Sahibkaram, öz klinikam var. Müharibə başlayan gün hamımız sakit yatırdıq. Səhər işə getməyi düşünürdüm. Lakin bizi partlayış səsləri oyatdı. Çox gözlənilməz oldu. Artıq anladıq ki, müharibə evimizə qədər gəlib. Ərazi müdafiə dəstəsinə yazıldım. Eyni zamanda peşəmdən irəli gələrək burada yaralılara da yardım edirəm”, - deyə Viktoriya Kozlova bildirib. 
“Mən kiyevliyəm. Müharibənin başlanacağını gözləmirdim. Aşpaz işləyirdim. Heç kim, heç birimiz gözləmirdik deyə müharibəyə hazır deyildik. Xüsusi bir məlumatımız yox idi. Düşünürdük ki, nəsə olsa da, qısa vaxt çəkər. Elə ciddi bir savaş olmaz. Sonra aydın olanda ki ölkəmizə genişmiqyaslı müharibə gəlib, uşaqlarımı dərhal köçürdüm. Çünki nəinki evim, yaşadığım qəsəbə belə artıq yoxdur. Dağıdılıb”, - deyə digər döyüşçü Yuliya Qırızova qeyd edib.


“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ