SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi- FOTO\VİDEO

Tarix:27-03-2022, 09:06

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.26.03.2022-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsini əhatə edən “Oğurluq cinayətləri” mövzusu ilə bağlı  fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr  aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı,  sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:  

                                                        

1. Qeys Musayev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil 



 2. Vəfa Abdullayeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.



 3. Xanım Qurbanova– Hüquq müdafiəçisi.



4. Bulud Yusifov - Mediator 


Verlişin informasiya dəstəyi “XeberTıme.az” və  “dünyatv.az” sayıtlarına məxsusdur.



Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.  


 

Yeganə Telmanqızı 
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ