SON DƏQİQƏ

Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır” verlişi Vətən müharibəsi qazisinin ailəsinin qonağı oldu-FOTOLAR

Tarix:27-03-2022, 10:19

Space TV-də sevinmli teleaparıcı Nuranə Gülərin təqdimatında “Qarabağ Azərbaycandır” verlişi Vətən müharibəsi qazisi Ruslan Rzayevin ailəsini ziyarət etdi. 
Azərbaycan Respublikasının Əməkdar artisti, aktyor Teymur Məmmədov, Azərbaycan Respublikasının Əməkdar artisti, aktirisa Xatirə Süleymanova, sevimli müğənnimiz Sevda Kazımova, AJB-nin üzvü Yeganə Telmanqızı və saz ifaçısı İlham Ələsgər oğlu ailənin qonağı oldular. Vətən müharibəsi qazisi, könüllü əsgər Ruslan Rzayev keçdiyi şərəfli döyüş yolundan, 44 günlük   müharibədən, qanlı-qadalı, acılı, həm də zəfər dolu günlərdən söhbət acdı. Qonaqlar 44 günlük Vətən müharibəsində canlarını Vətənə qurban verərək vətəni yaşadan oğullarımızın Zəfər tarixindən və Azərbaycan Ordusu Ali Baş Komandanın dəmir yumuruğunun əhatəsində birləşərək Qarabağ Azərbaycandır! deyən fəxrli döyüşçülərimizə minnətdarlıq bildirdilər. Şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allah rəhmət, qazilərimizə şəfa dilədilər. 
Xatırladaq ki, Rzayev Ruslan  İsmayıl oğlu 30 sentyabr 2020-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanır. Sanitar təlimatçı kimi xidmət edən döyüşçümüz 14 oktyabr Füzuli uğrunda gedən döyüşlərdə döyüşçü yoldaşlarını xilas edərkən ciyin və qol nahiyyəsindən yaralanır. 3-cü qrup əlildir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarla təltif olunub və evlə təmin olunub. 6 aydı ailə həyatı qurub  

Qonaqlar lahiyyə rəhbəri və aparıçı Nuranə Gülərə daima qazi və şəhid ailələrini diqqətdə saxladığına görə öz təşəkkürünü bildirdilər.        
“Qarabağ Azərbaycandır” verlişi vasitəsi ilə  qazi ailələrinə tort göndərdiyi üçün Sumqayıt şəhərində fəaliyyət göstərən “Ləziz Dad” şirniyyat evinə öz minnətdarlığımızı bildiririk.  
 

Yeganə Telmanqızı
 “XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ