SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimatı keçiriləcək

Tarix:29-03-2022, 01:16

Martın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi keçiriləcək.
Bu beynəlxalq nüfuza malik art-menecer və təcrübəli sənətşünas Cahangir Səlimxanovun “Mədəni üfüqlər” adlı müəllif proqramına daxil olan 6 layihədən biridir. Könül Rəfiyevanın kuratoru olduğu layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir.
Burada muzey kolleksiyasının ən dəyərli eksponatlarından olan XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdiriləcək. Ziyarətçilər martın 29-da saat 10.00-dan 18.00-dək ekspozisiyada yerləşdirilən videoinstalyasiya ilə tanış ola biləcəklər.
Qrafik-dizayner Timur Əmirxanovun vizuallaşdırdığı videoinstalyasiya elektron musiqi prodüseri və tar ifaçısı İbrahim Babayevin “vİBrant” adlı yeni albomuna daxil olan “Muğam+” bəstəsi ilə müşaiyət edilir.
“Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsi Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu (International Relief Fund2021), Goethe İnstitutu və digər tərəfdaşların maliyyələşdirdiyi, mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan “Mədəni üfüqlər” adlı təhsil proqramı çərçivəsində həyata keçirilir.
 
Xebertıme.az 
Xüsusi müxbir: Aygün Oqtay 
 
В Азербайджанском национальном музее ковра состоится презентация проекта «Тайна одного ковра: новый подход к музейным объектам»
 
В Азербайджанском национальном музее ковра 29 марта состоится презентация проекта «Тайна одного ковра: новый подход к музейным объектам». Это один из шести проектов, вошедших в авторскую программу «Культурные горизонты» всемирно известного арт-менеджера и выдающегося искусствоведа Джахангира Селимханова. Проект, куратором которого является Кенуль Рафиева – это образец применения инновационных методов презентации в выставочном пространстве. Здесь будет представлена видеоинсталляция уникального карабахского ковра XVIII века, одного из наиболее ценных экспонатов музея.
Посетители смогут ознакомиться с видеоинсталляцией 29 марта с 10.00 до 18.00. Видеоинсталляция, созданная художником-оформителем Тимуром Амирхановым, сопровождается композицией «Мугам+» из нового альбома «vİBrant» продюсера электронной музыки и тариста Ибрагима Бабаева.
Проект «Тайна ковра: новый подход к музейным объектам» является частью образовательной программы «Культурные горизонты», предназначенной для деятелей культуры и искусства и финансируемой Международным фондом помощи культурным и образовательным организациям Министерства иностранных дел Германии (International Relief Fund2021), Институтом Гёте и другими партнерами.

Xebertime.az
Специальный корреспондент: Айгюн Октай
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ