SON DƏQİQƏ

19 illik ömrün şəhidlik zirvəsi- Elvin İsmayılov

Tarix:29-03-2022, 02:11

28.03.2022-ci il tarixində hər anı bir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində şəhidliyi ilə tarix yazan gənc əsgər Elvin İsmayılovun 20 yaşı tamam oldu.  
                                                                                 
Mərasim Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidin məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edildi, ruhuna dualar oxundu, gül əkililəri, çiçəklər qoyuldu. Allahdan cəmi şəhidlərimizə rəhmət, ailələrinə və yaxınlarına səbr dilədilər.

                                             
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.  

                         
Əsgər Elvin İsmayılovun keçdiyi şərəfli ömür yolundan və eləcədə 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən söhbət açaraq böyük hörmətlə andılar. Ailə üzvüləri, dostları, yaxınları onunla bağlı xoş xatirələrdən danışdlar.                                                  
Tədbirdə iştirak edən Sumqayıt şəhər icra hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvüləri, Qarabağ qaziləri, media nümayəndələri, iş adamları, qonaqlar, bir sıra din xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Natıqlər onu da vurğudular ki, gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olaraq adını qızıl hərflərlə tarixə salırsa bu, xalqımızın böyüklüyüdür və mənəvi dəyərlərindəndir. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Sən sağ olasan, Vətən!                              
Tədbirə dəvət alan din xadimləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda verərək şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ruhlarına quran oxuyaraq, Ulu yaradandan rəhmət dilədilər.  


Tədbirdə Saray qəsəbəsində fəaliyyət göstərən 2 saylı internatın fiziki məhdudyyətli uşaqları seirlərlə çıxış etdilər, mahnı oxudular.  


Fərqli çıxışlardan biridə şəhidin təhsil aldığı Sumqayıt şəhər 24 saylı tam orta məkətəbin 3 A sinif şagirdlərinin şəhid Elvinə həsr olunuş seirlərinin ifası oldu. Xatırladaq ki, şeir kompazisiyanı 3 A sinifinin rəhbəri Aygün İsmayılova hazırlamışdır.

                                                                              
Bakı şəhər Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin 5b sinif şagirdi qiraətəçi  Aylin Ağayeva şeirlə və mahnı ilə çıxış etdi.

                                                                         
Şəhid mərasiminə gələn qonaqlar, şəhid anaları və bir sıra iş adamları şəhidin ev muzeyi üçün ailəyə hədiyyələr bağışladılar. “Ümid”  Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova tərəfindən şəhidin anası Sevil İsmayılovaya şəhidin rəsmindən ibarət tablo hədiyyə etdi. 


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ