SON DƏQİQƏ

“WhatsApp”dan möhtəşəm yenilik

Tarix:18-12-2020, 11:20

“WhatsApp” messencerinin kompüter və veb versiyalarında zənglər mümkün olacaq.
XeberTıme.az  bildirir ki, yenilik barədə “WABetaInfo” portalı məlumat verir.

Proqram tərtibatçıları audio və video zənglərin ötürülməsi funksiyasını fəal şəkildə sınaqdan keçirirlər. Kompyuter versiyasının bəzi istifadəçiləri artıq proqramın yenilənmiş interfeysini əldə edə biliblər - pəncərədə audio və video zəng düymələri görünüb.

Yeniliyin tarixi rəsmi olaraq elan edilməyib. Lakin, opsiyanın yaxın həftələrdə bütün istifadəçilər üçün əlçatan olacağı vurğulanıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ