SON DƏQİQƏ

Sumqayıt Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Beynəlxalq festivalında çıxış ediblər- FOTOLAR

Tarix:30-03-2022, 21:59

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Türkiyənin Nazilli Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən “11-ci Novruz” adlı Beynəlxalq festivalında çıxış ediblər. 
XeberTıme.az Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki, Məktəbin saz və estrada-vokal sinifi üzrə müəllimləri Türkiyə Cümhuriyyəti Nazilli bələdiyyə başkanı Kürşat Engin Özcan ilə görüşüb və simvolik olaraq Azərbaycandan xatirə hədiyyəsi təqdim edib. 
Bundan başqa Nazilli Kaymakamı Sedat Sırrı Arısoy ilə də görüşüb və qarşılıqlı xatirə hədiyyəsi təqdim ediblər.
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ