SON DƏQİQƏ

Qaxda Vətən müharibəsi şəhidi Ramil Abbasovun xatirə kompleksi açıldı+FOTOLAR

Tarix:2-04-2022, 00:58

Bu gün Vətən müharibəsində öz adını qızıl hərflərlə Zəfər tarixinə yazan XTQ-nin çavuşu şəhid Ramil Abbasovun 33 yaşı tamam oldu.  Qax rayon icra hakimiyyətinin nümayəndələri, şəhid anaları, bir sıra media nümayəndələri, YAP rayon təşkilatının fəalları, Ramilin təhsil aldığı məktəbin kollektivi, İ.Xasayev adına Çüdüllü kənd ümumi orta məkətəbin kollektivi və bir sıra şagirdləri, ailə üzvləri, doğmaları və kənd sakinlərinin iştirakı ilə mərasim şəhidin məzarının ziyarəti ilə başlandı. Şəhidin ruhuna dualar oxundu Ulu yaradandan rəhmət diləndi. Şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgər heyyəti, döyüşçü yoldaşları şəhidin məzarına əkili güllər qoyaraq böyük hörmət və ehtiramla şəhidin keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Şəhidin dayısı Nəsib Haqverdiyev ailənin yanında olan hər bir kəsə şəhidin ailəsi adından, öz adından təşəkkürünü bildirdi. Sonra Turaclı kəndində şəhid Ramil Abbasovun xatirəsinə inşa edilmiş abidənin açılışı oldu. Tədbirdə çıxış edən natıqlər vurğudular ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan Ramil kimi gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olaraq adını qızıl hərflərlə tarixə salırsa bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Hər birimizin vətəndaşlıq borcudur ki, bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Şəhidin ailə üzvləri yaxınları şəhid ailələrinə  göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Mərasim şəhidin adına verilmiş ehsan süfrəsində davam etdirildi.                                                                                                                  
Azərbaycan qadını öz müdrikliyi, zəkası, sədaqəti, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Ramil kimi qəhrəmanı böyüdən Aidə ana haqqınız ödənilməzdir:                                                                                        

- Ramil vətəninə, dövlətinə, xalqına bağlı bir oğul idi!  İndi ondan 3 oğul övladı və xatirələri bizlərə yadigar qaldı. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Mən fəxr edirəm ki, Ramil vətəni, milləti yolunda şərəfli bir yolda dünyasını dəyişdi. 
Böyük bir nəslin nümayəndəsi və ağsaqqalı  Nəsib Haqverdiyev “XeberTıme.az” analitik informasiya portalına öz müsahibəsində bildirdi:                                                    

- Öz taleyini hərbi xidmətə bağlayan, hərb sənətini sevən və bu sevgisini peşəkarlıq müstəvisində parlaq şəkildə gerçəkləşdirən bacım oğlu Ramil vətəninə, elinə bağlı bir oğul idi. O heç vaxt ailəsinin yanında doğum gününü qeyd etməyib, hər zaman səngərdə, sərhəddə qeyd edirdi. Bu gün bir sıra bölgələrdən də bura onun ad gününü qeyd etmək üçün nə qədər adamlar gəlib. Ramil tək bizim yox, artıq bütöv bir Azərbaycanın oğludur. 
O, çox vətənpərvər, şəhidi ilə qürur duyan bir hərbiçi idi. İlk övladına Milli Qəhrəman şəhid Mübariz İbrahimovun şərəfinə Mübariz adını verdi. 2-ci oğluna dünyadan vaxtsız köcən atası Sabirin adını qoydu. 3-cü oğlu o şəhid 3-cü  oğlum o şəhid olandan sonra dünyaya gəldi, üzünü belə görmədi övladının. Adını Ramil qoyduq. Bu gün o evdə Mübarizlər, Ramillər böyüyür. Hər dəfə Tərtərə gələndə mütləq bizə gəlib görüşərdi, çox qohumcanlı bir oğul idi. Mən onun yoxluğu ilə barışmıram, amma fəxr edirəm ki, Ramil vətəni, milləti yolunda şərəfli bir yolda dünyasını dəyişdi. Ramil vətəninə, torpağına, dövlətinə bağlı hərbiçi idi. Mübarizi postunu azad etdi. Torpaqlarımızın işğaldan azad edilməsində onun böyük xidmətləri var. 12 ilin hərbiçisi və bu 12 ildədə hər gün torpaqlarımızın işğaldan azad olunması günü gözləyirdi. Bu gün Ramil və onun simasında şəhidlik zirvəsinə ucalan oğullarımızın ruhu şaddır. Biz artıq qalib Azərbaycanın vətəndaşlarıyıq, şükür şəhidlərimizin qanı yerdə qalmadı. Ruhunuz şad olsun dəyərli şəhid oğullarımız. Ali Baş Komandanın, Ramilin döyüş yoldaşlarının, hərbiçilərimizin sayəsində artıq Müzəffər Ordumuz Fərrux dağını düşməndən azad etdi.  

Ramilin ömür-gün yoldaşı Azadə Abbasova həyat yoldaşı haqqında fikirlərini bizimlə bölüşdü:                                     

- Ramil Azərbaycanın vətənpərvər qəhrəman oğullarından biri idi. Əvəzolunmaz bir insan idi. Qayğıkeş ailə başçısı mehriban ata, istəkli övlad, istiqanlı qardaş. Bütün yüksək xarakterlər onda cəmləşmişdir. Ramil kimi insanlar dünyaya az gəlir. Dərdimiz heç vaxt sağalmayacaq, amma bu gün təskinliyi Ramilin mənə əmanət qoyduğu 3 oğlumda, dövlətin, xalqın bizə verdiyi dəyərdə və tapıram.                                                                                 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil, Əkbər Yusifoğlu hər zaman şəhidləri hörmətlə anır:                                                                                                        
- Biz belə oğullarla fəxr edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində bizə zəfər sevincini yaşatdı və Azərbaycanın qürur tarixini yazdı.     
Ramil və onun simasında şəhidlik zirvəsinə ucalan şəhidlər xalqımızın qəlbində əbədi olaraq məskən saldılar. Şəhidlik zirvəsinə ucalan şəhidlər ölməzdirlər!

Abbasov Ramil Sabir oğlu 1989-cı il aprelin 1-də Qax rayonu Turaclı kəndində sadə zəhmətkeş azərbaycanlı ailəsində dünyaya gəlmişdir. İlk orta təhsilini Arif Abbasov adına Turaclı kənd tam orta məktəbində almışdır. 2007-ci il aprel ayında həqiqi hərbi xidmətə yola düşür və 2008-ci ilin oktyabr ayında hərbi xidmətin başa vurur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdə hərbi qulluqçu kimi xidmətə başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmətini davam etdirib. Xidmət zaman dəfələrələ qüsursuz xidmətəələrinə görə Müdafiə Nazirliyi tərəfindən medal və fəxri fərmanlarla təltif olunub.    
Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu Ramil Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri   tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində cəsurluqla vuruşub. Oktyabrın 10-da Suqovuşunın azadlığı uğrunda gedən ağır döyüşlərdə 31 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ramil Abbasov böyüyüb boya-başa çatdığı Qax rayonu Turaclı kəndində el qəbirsanlığında dəfn ounub.                                                                                
Ailəli idi. 2011-ci ildə sevib seçdiyi Azadə adlı xanımla ailə həyatı qurmuşdur. 3 övladı yadıgar qalıb: Mübariz, Sabir, Ramil.                                                 
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Abbasov Ramil Sabir oğlu “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ənənəmizə sadiq qalaraq  “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Aidə Abbasova “Şəhid Anası” fəxri diplomu ilə təltif olundu. 
Yeni yaşın mübarək Vətənimin qürurlu oğlu! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ