SON DƏQİQƏ

Yeganə Telmanqızı yazır- Bizə ilk Zəfər tarixini yaşadan Aprel şəhidləri

Tarix:2-04-2022, 22:43

Böyük zəfərin başlanğıcı olan Aprel qələbəsindən 6 il ötür 
Şəhidlik vətənpərvərlik, fədakarlıq kimi ülvi anlayışdır. Şəhidlik        adı ölüm deyil. Müqqədəs Quranda buyrulur ki, şəhidlik peyğəmbərlərdən sonra gələn addır. Bütün şəhidlər bizim üçün əzizdir. Şəhidlərin hər biri bütün Azərbaycanın övladıdır. Şəhidlərimizin hər birinin bu torpaq, bu millət üçün xidmətləri var. Bu gün Azərbaycanın vətənpərvər gəncliyi yetişib, bu gənclik bizə 30 illik niskilli, yaralı Qarabağımızı qaytardı. Aprel hadisələri zamanı biz bunun bir daha şahidi olduq. Gənclərimiz yeni ruhda tərbiyə alıb böyüyürlər. Aprel hadisələrində şəhid olan insanlar müstəqil Azərbaycan dövlətinin hərbi tarixində dönüş yaratdılar.                                                                                        2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan dövlət, ordu və xalq olaraq, daha bir böyük imtahandan uğurla keçdi. Azərbaycan əsgəri pələngə, şirə dönmüşdür. Onlar ölümün gözünə dik baxaraq, irəliyə, ancaq irəliyə doğru addımlayırdılar. Bu döyüşlərdə erməni işgalı altındakı ərazilərimizin azad edilməsi uğrunda savaşın önəmli mərhələlərindən biri kimi tarixə düşdü. 4 gün davam edən döyüşlərdə Azərbaycan ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığı parlaq şəkildə təzahür etdi. Nəticədə xalqımız erməni təcavüzünə qarşı mübarizədə uzun müddətdən bəri arzuladığı zəfər sevincini, qələbəni daddı. Doğma torpaqlarımızın bir qismi məhz bu zəfər sayəsində işğaldan azad oldu. Dünyaya sübut etdi ki, 25 il ərzində Azərbaycan əsgəri hərbi hazırlığını gücləndirib. Azərbaycan dövləti ordusunun gücünü artırıb, düzgün siyasəti nəticəsində Yenilməz bir ordu qurub.
...Şəhidlərimizin dəfn mərasimində, doğulduqları, boya başa çatdıqları həyətlərində, məhələlərində dalğalanan yüzlərlə Azərbaycan bayrağını görəndə insanın ürəyi təlatümə gəlir. Axı o ucalıqda dayanan bayraqları bayraq edən üstündəki  şəhid qanıdır! O bayrağın həmişə ucalıqda olması üçün Azərbaycan xalqı, Azərbaycan igidləri hər zaman canlarından, qanlarından kecməyə hazırdır. 
Mən bu ailələrin hər birinin qarşısında bir ana kimi baş əyirəm.  Çünki  bütün şəhid ailələri kimi Vətənimiz, millətimiz üçün dəyərli övladlar  böyüdüb tərbiyə etmişdir. Mən bir vətəndaş kimi, vəzifə borcumu yetirən muxbir kimi mütamədə olaraq şəhid ailələri ilə, döyüşcü qəhrəmanlarla  görüşürəm. Bu ailələr hamısı biri birinə bənzəyirlər. Sadə, zəhmətkeş, vətənpərvər  Azərbaycan ailəsi! Analar, atalar, həyat yoldaşları...                             

İndi ölkəmizdə həm də xarici ölkələrdə yaşayan elə bir azərbaycanlı tapmaq olmaz ki, Mübarizi, Fəridi, Muradı, Raqubu, Əbdülməcidi, Şülanı, Rahimi, Elnuru, Rəşidi, Nurlanı, Seymuru və diğər şəhid övladlarımızı tanımamış olsun. Azərbaycan xalqı üçün hər bir əsgəri dəyərli və əzizdir. Döyüşlərdə iştirak edən müharibə vetranları, qazilər nə qədər bağlıdırlar bu Vətənə. Onlar Vətəni, milləti üçün canlarından keçməyə həmişə hazırdılar.  
Dörd gün davam edən müharibədə 93 nəfər şəhidlik zirvəsinə ucalmış, 33 nəfər isə yaralanmışdır. 2016-cı ilin 2-5 aprel günü Azərbaycan tarixinə igidlərin, şəhidlərin qanı ilə yazıldı. O günün adı Qələbədir və Zəfər təntənəsidir!         
Xalqımız  Vətən uğrunda, milləti yolunda  canından, qanından, ömründən keçən  şəhidləri ilə qürur duyur. Onların  hər biri tarixi qəhrəmandılar. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
“XeberTıme.az”


                                                                                                                                                                         
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ