SON DƏQİQƏ

Şəhid idmançının xatirəsinə turnir keçirilib- FOTO

Tarix:4-04-2022, 01:46

Qazaxda Şəhid idmançı Xaliddin Veyislinin xatirəsinə həsr edilmiş yunan Roma güləşi üzrə turnir keçirilib.
XeberTıme.az xəbər verir ki,   02 aprel 2022-ci il tarixdə Qazax Olimpiya İdman Kompleksində Qazax rayon Gənclər və İdman İdarəsinin və "Fəqan" İdman Kulubunun təşkilatçılığı, Qazax rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin dəstəyi ilə təşkil edilən turnirdə Qazax-2, Goranboy-2 Şəmkir-2, Mingəçevir, Yevlax, Göyçay olmaqla Ümumilikdə 9 komandadan 150 dən cox   idmançı iştirak edib.
Turnirin açlışında cıxış edənlər "Fəqan" İdman Kulubunun direkdoru Sücayət Nağdalıyev, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vuqar Nəbiyev, Qazax Olimpiya Kompleksin əməkdaşı Azər Əliyev, Qazax rayon "Qarabağ Əlillərinə Qayğı İB" nin sədiri Seyfəddin Məmmədov, şəhid atası Zəkər Veyisov cıxış edərək bildiriblər ki, bu cür turnirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etmək böyüməkdə olan gənc nəslin vətənpərvər, sağlam idmançı olması, eyni zamanda Qazaxda yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək vacib olduğunu bildiriblər.
Turnirin proqramına əsasən, 2008-2010 və 2011-2014-cü il təvəllüdlü idmançılar arasında 20 çəkidə qələbə uğrunda mübarizəyə aparıb.
Hər çəki dərəcəsi üzrə 1-ci, 2-ci 3-ücü yeri tutan idmançılar diplom və medallar ilə təltif ediliblər.
Qeyd edim ki, şəhid Xaliddin Veyislinin "Fəqan" idman kulubunun üzvü olub. O, 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olub. "Vətən uğrunda" "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ