SON DƏQİQƏ

“İstədiyin bir kitabı hədiyyə götür”

Tarix:4-04-2022, 02:46

Kitab sevənlər “İstədiyin bir kitabı hədiyyə götür” aksiyasından yararlana bilər. 
Aksiyanın təşkilatçısı Xan Rəsuloğlu  “XeberTıme.az” analitik informasiya portalına aksiya bağlı danışdı:                                                                                                                                         
- Hər kəs aksiyamızdan yararlana bilər.  Bu günki aksiyasının adı "2×99" adlanır. 99 nəfər əvvəldən gəlib gedən, 99 nəfər də dükanımıza ilk dəfə gələn müştərimiz olacaq.  Bu aksiya bir neçə gün davam edəcək.  Başqa güzəştlər və pilləkəndə pulsuz kitablar da öz yerində olacaq.  Bu ay ərzində müxtəlif sərfəli aksiyalarımız da nəzərdə tutulur, izləyib, yararlanmaq məsləhətdir.  Mütaliə - ən təsirli tərbiyə vasitəsidir.  Məqsədimiz insanlara kitabı sevdirmək və insanlarda mütaliə mədəniyyətini geri qaytarmaqdır.  

Müəllifdən: Kitab ən yaxın dostumuzdur. Mütaliə təfəkkürü dərinləşdirir və insan zəkasının inkişafında mühüm rola malikdir. Bir sözlə, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir.
Ünvan: Elmlər Akademiyası m/st, Ədliyyə Nazirliyinin arxasında, "Nanə" restoranıyla yanbayan, "Xan Xəzinəsi" kitab evi.
İş saatı 13.00-18.00 (aksiya 17.00-dək)
 
Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ