SON DƏQİQƏ

Azərbaycanın tarixi qələbəsində onlarında payı var

Tarix:18-12-2020, 11:36

Bu iki Vətən  oğullarını sizdə tanıyın.  Əlvan Ədilov Ağdam rayonu Şelli kəndindən digəri isə Elməddin Şükürov Ağdam rayonu Ətyemızli kəndindəndi.  
Əlvan Ədilovun üç dayısı (3 qardaş) 1-ci Qarabağ savaşının fəal döyüşçüləri olublar. Xəqani Kazımov itkin düşüb, digər iki dayısı Vidadi və Hasil Kazımovlar Ağdam rayonu Şelli kəndinin müdafiəsi uğrunda eyni gündə şəhid olublar. Əlvanın oğlu Rəvan Ədilov isə Vətən savaşında cəbhənin müxtəlif istiqamətlərində qəhrəmancasına döyüşüb. Hazırda N saylı hərbi hissədə xidmətini davam etdirir.                                                           
Əlvan Ədilova gəldikdə isə o əlinə avtomat alıb döyüşməyib, amma arxa cəbhədə 44 günlük müharibədə özünün və dostlarının maddi köməkliyi ilə ön cəbhədə döyüşən əsgərlərə hər zaman ərzaq isti geyim, siqaret və.s köməkliklər edib. 
Elməddin Şükürov əlinə avtomat alıb döyüşməsədə müharibə başlayıb bitənə kimi dostlarının tanışlarının özünün maddi vəsati hesabına ön cəbhədə döyüşən əsgərlərə ərzaq, isti geyim, siqaret, işıqlandırma generatoru ilə təmin edib. 
Bir sözlə bu hər iki vətənpərvər oğlumuzun  44 günlük Vətən müharibəsndə qazanılan şanlı qələbəmizdə öz payları var. 
Allah hər ikisinə sağlam həyat, bol-bol ruzi-bərəkət versin. 
Vətən belə mərd oğulları ilə fəxr edir. 
                                                

Qarabağ Azərbaycandır!

Yeganə Telmanqızı 
 “XeberTıme.az” 



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ