SON DƏQİQƏ

Aprel döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Tarix:4-04-2022, 20:10

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində  Aprel döyüşlərinin  ildönümünə həsr olunan tədbir keçirilib.
XeberTıme.az Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki,  tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Aprel qazilərimizdən Ruslan Rzayev, Pərviz Əsgərzadə, Müzəffər Bahadırov, Vahab Vahabov xatirələrindən danışaraq, Aprel döyüşlərinin əhəmiyyətindən, düşmənin müdafiə imkanlarının xeyli zəif olduğundan, Azərbaycan Ordusunun peşəkarlıqla həyata keçirdiyi əks-hücum nəticəsində onlara sarsıdıcı zərbələr vurduğunu və hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında önəmli yer tutduğunu bildiriblər.
Sonra videoçarx nümayiş olunub, məktəbin şagirdləri şeirlər söyləyib.
Sonda “İgid əsgər" mahnısı səslənib.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ