SON DƏQİQƏ

Şəhid adı hər bir addan ucadır!

Tarix:4-04-2022, 20:53

Mübariz İbrahimovun qəhrəmanlığı Əbdülməcid Axundovun həyatının bələdcisinə çevrilmişdir.                                                         
Şəhid adının ucalığı əlcatmazdır. Bu adı qazananların ölümü kədər deyil iftixardır!                    
Əbdülməcid Axundov aprel zəfərini, aprel qələbəsində qəhrəmanlığı yazan qəhərəman oğullardan biridir. O torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə qalxmışdır.
Axundovlar ailəsin 6 il övlad həsrəti çəkirlər. Nəhayət ki, ailənin ilk övladı Elçin dünyaya gəlir. Ailənin ikinci övladı Əbdülməcidin dünyaya gəlməsi bu ailəyə daha bir sevinc gətirir.     
Əbdülməcid Axundov 1993-cü il 15 oktyabrda Sumqayıt şəhərində mehriban, ziyalı, vətənpərvər bir ailədə anadan olmuşdur. O, Sumqayıt şəhər 21 saylı məktəbəqədər tərbiyə müəssəsində tərbiyə alır. Çox gözəl, şirin, dəcəl, olduqca səliqəli geyimli bir uşaq olmuşdu. Qohum-əqrabanın, qonşuların, müəllimələrinin sevimlisi idi Əbdülməcid.                                          
1999-cu ildə 16 saylı məktəbin birinci sinifinə daxil olur. Məktəbdə yaxşı oxuyurdu, həm də olduqca nadinc və fəal şagird  idi. O, məktəbdə qoyulan tamaşalarda  aktyor kimi çıxış edirdi. ”Vaqif” darmında Vaqifi, ana hərbi xidmətə əsgər yola salır, tamaşasında heç kim əsgər rolunda oynamaq isdəmir. Lakin o rolu Əbdülməcid çox məharətlə canlandırır.               
Vətənpərvərlik anlayışı Əbdülməcid üçün həmişə əsas yerlərdən birini tutub. Çoxlarının helədə əhəmiyyət vermədiyi xırdalıqları həssas uşaq qəlbi ilə sevə bilirmiş. Bir dəfə M.Arazın “Bu gecə yuxumda Arazı gördüm” şeirini oxumağı ona tapşırırlar. O şeiri deməkdən imtina edir və deyir ki, Araz çayı Azərbaycan xalqını biri-birindən ayırıb.                                         
Çox bayraqsevər uşaq idi Əbdülməcid. Tarix fənnini  sevirdi, Azərbaycanın tarixinə çox bağlı idi. Onun uşaqlığından ən böyük arzusu hərbçi olmaq idi. Mübariz İbrahimovun qəhrəmanlığı onun həyatının bələdcisinə çevrilmişdir...                                                        
2010-cu ildə orta məktəbi bitirir. 2011-ci ildə Azərbaycan Texniki Universitetin elektrik mühəndisliyi fakultəsinə daxil olur. Təhsil illərində o dəfələrlə təhsilini yarımçıq qoyub Hərbi xidmətə getmək isdəyir. Dəfələrlə dekanlığa müraciətdə edir. Lakin ailəsi icazə vermir. Valdeynləri deyirlər ki, ”Təhsilini bitir sonra get hərbi xidmətə”. Torpaqlarımızın işğal altında olması Əbdülməcidi həmişə narahat edib. 2015-ci ildə Universiteti bitirir. Elə həmən ilin iyulun 20 də gülə-gülə büyük ümüdlərlə   hərbi xidmətə yollanır. O, hərbi hissədə çavuşluq kursu kecir. Artıq dekabr ayında manqa komandiri vəzifəsinə təyin edilir. Əbdülməcid Tərtərdə xidət edirdi . 2016-cı ilin aprelin 1-dən 2-nə kecən gecə... Seysulan istiqamətində düşmənlə açıq düyüşə girdilər. Xeyli sayda erməni əsgəri məhv olur. Əbdülməcid ayğından yaralansa da, döyüşü davam etdirir. Ayağından aldığı zərbəyə görə sürünərək hərəkət edən manqa komandiri  Əbdülməcid Axundov düşmən gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə ucalır. Aprelin 10-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılır.                                                                                         

Anası Ceyran xanım Əbdülməcid haqqında söylədikləri:                                                            
- Əbdülməcid həmişə deyərdi; “Şəhidlik ən yüksək zirvədir! Məndə o zirvəyə çatacam”. Təbii ki, övladın vətənpərvər ruhda böyüməsində ən əsas amil valdeynləridi. Vətənə layiq bir övlad böyütdüyüm üçün fəxr edirəm!                                                    
Əbdülməcid Nadirşah oğlu Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə “Hərbi xidmətdə fərqlənməyə” görə III dərəcəli medalı ilə təltif edildi.                                             
Aprel döyüşləri və Vətən müharibəsi bir daha sübut etdi ki, böyüməkdə olan nəsil vətənpərvər və torpaq sevərdilər!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
        
Yeganə Telmanqızı               
“XeberTıme.az”



                       
 
 
 
 
 
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ