SON DƏQİQƏ

Ölməzlik zirvəsi

Tarix:5-04-2022, 15:26

Şülan Bayramov-Vətən eşqi, torpaq məhəbbəti onun ən ali hissləri idi                                                       
19 il şərəfli ömür yolu  keçmiş aprel şəhidinin həyatı ilə sizldə tanış olun.       
Şülan Bayram oğlu Bayramov 1996-cı il 28 iyul Sumqayıt şəhərində zəhmətkeş, sadə, vətənpərvər bir ailədə anadan olmuşdur. Ailənin ilk övladı olan Şülan evə sevinc, sevgi, nur gətirmişdir. Ona babasının adını verirlər. O, 61 saylı məktəbəqədər tərbiyə müəssəsində tərbiyə alır. Çox sakit təbətli, təmizkar, deyilənlərə əməl edən bir uşaq idi. Topla oynamğı, şeir deməyi çox sevərdi. Bu ailədə həmişə Vətənə, torpağa məhəbbət hissi aşlanıb. Şülan 2003-cü ildə Sumqayıt şəhər 33 saylı orta məktəbin birinci sinifinə daxil olur. O, qaygıkeş, olduqca mədəni, qeyrətli bir oğlan idi.  Məktəb illərindən başlayaraq Şülanın da, qardaşının da ən böyük arzuları hərbiçi olmaq olur. Evdə həmişə iki qardaş qəhrəmanlara həsr olunmuş filmlərə baxardılar. Şülan arada dəcəllik edirdi ara-sıra dərslərə girmirdi və dərslərdən yayınırdı. Hərbi dərsdə isə mütamadə iştirak edirdi. Oxuduğu məktəbin “Şahinlər” adlı hərbi komandası vardı. Bu komandanında komandiri Şülan Bayramov idi. Komanda tez-tez Respublikamızın  hərbi hissələridə olurdular və əsgərlərlə görüşürdülər.    
Şülanın atası Bayramov Bayram Qərbi Azərbaycan qacqınıdır. Ona görə də bu evdə vətən və vətənpərvərlik hissləri həmişə öndə olub.   
O, 2014-ci ildə 33 saylı orta məktəbi bitirir. Elə həmin ildə Azərbaycan Dəniz Balıq Sənayesi kollecinin “Gəmi enerjisi avadanlıqlarının və avtomatik vasitələrinin istismarı “ ixtisasına qəbul olur. Şülan burada bir il təhsil alır. Sonra təhsilini dondurub öz isdəyi ilə hərbi xidmətə gedir. Bu ailədə həmişə Vətənə, torpağa məhəbbət hissi aşlanıb. Bayramov Gəncədə 3 ay xidmət etdikdən sonra Xanlar rayonu Hacıkənd Toğana kəndində yerləşən hərbi hissədə xidmət edir. Hərbi hissədə nümunəvi əsgər idi. Dəfələrlə ailəsinə təşəkkürlər gəlib.                                              
Şülan aprel ayının 1-də hərbi hissədən təxris olunur. Lakin öz isdəyi ilə canından çox istədiyi Vətənin dar günündə qalıb vuruşmaq isdəyir.                                         
2016-cı il 4 aprel...Ermənilərlə  üzbə-üz döyüşməyə başlayan cəsur əsgərimizin qəlbi həmişə intiqam hissi ilə çırpınırdı. Düşmənə layiqli cavab verən Şülan Bayramov Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.  6 Aprel Şülan Bayramov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasimində minlərlə şəhər sakinin ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Əsgər Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Arzusuna catdı Şülan Vətən, torpaq, milləti yolunda canından keçib, şəhidlik zirvəsinə ucaldı.       
Şülan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.                                                           
Şülan Bayramov  bütün Azərbaycan xalqının yaddaşında ölməzlik zirvəsində yaşayır.    
Allah şəhidimizə rəhmət eləsin. Nur içində yatasan şəhid qardaşımız! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

        
Yeganə Telmanqızı               
“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ