SON DƏQİQƏ

İçərişəhərdəki restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı

Tarix:6-04-2022, 00:29

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.
XeberTıme.az  BAKU.WS-ə istinadən xəbər verir ki,   bu barədə  Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib: "1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar.
Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib".

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ