SON DƏQİQƏ

Kontakt Home hiyləgərliyi

Tarix:7-04-2022, 23:13

Bir neçə ay öncə Sumqayıt şəhər Bakı kücəsi 60 da yerləşən (Sülh Plaza Sumqayıt) Kontakt Home şəbəkələr dükanında kredit yolu ilə Redmi 9 T markasında telefon aldım. Bir müddət işlədəndən sonra telefon söndü. Sumqayıt şəhərində fəaliyyət göstərən Kontakt Homun servisinə yaxınlaşdım telefonun baxışı üçün müraciət etdim. 5 gündən sonra xəbərdarlıq edərək bildirdilər ki aldığım telefon zavod qüsurludur və mən Kontakt Homenin dükanına yaxınlaşaraq yeni telefon əldə edə bilərəm. Yaxınlaşıb servisin cavabını bildirdim və 11 ayda ödədiyim kredit pulunu geri istədim. Çünki artıq bu dükana heç bir güvənim qalmadı. Mənə bildirildi ki, bizim dükandan istərsən telefon al, istərsən verdiyin pulu geri al pulun müəyyən məbləği tutulacaq. Niyəsini soruşanda hər kəsin cavabı eyni oldu “Xidmət puludur” (bir şəxs izah etmədi ki, hansı xidmət edilib aliciya ki, 80 AZN xidmət haqqı tutur) düzgün cavab verilmədi.                                                      Hər hansı bir şirkətə işə qəbul olarkən əmək qanunvericiliyinə əsasən bütün işçilər öncədən təlim keçərək işə qəbul olunur. Bəs kassa əməliyyatında işləyən Toğrul Cəfərov niyə təlim kecmədən  işə qəbul olub? Aydın məsələdir ki, ata, dayı və yaxud  əmi tapşırığına işə qəbul olub. Nəzərə alsaq ki, bu gün gənc, savadlı kadrlar işsiz qalıb, Toğrul və onun simasında olanlar stol arxasında oturub işləyir, aydada yetərincə maaş alır. 5 saat 20 dəqiqədən sonra mən pulu hansı qaydada ödəyə bilərəm müştəriyə? sualı ilə 20-30 yerə zəng vurub soruşandan sonra və ən əsasıda  müştərinin əsəbi yerindən oynayandan sonra pulu ödədi.                                              
Kontakt Homun məsul şəxsləri mallarında problemi olan alıcıların qanını içərək yetərincə məbləğ tutub hiyləgərliklə öz ciblərini doldururlar.                                                              
Ardı var...

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ