10.04.2022--ci il tarixində Vətən müharibəsi qazisi Rəvan Əzizovu qarşılamaq üçün doğmalara, ailə üzvüləri, dostları yüzlərlə insan H.Əliyev adına Beynəlxalq hava limanına toplaşmışdılar. Bakı Hava limanınında qazimiz alqışlarla, sevinclə, doğmalıqla qarşılandı. Sonra qazimiz böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə gəldi. Sumqayıt şəhər sakinləri qazisini sevinərək Azərbaycan bayraqları ilə evə qədər müşayət etdilər. Rəvanın yaşadığı evin qarşısına onun ailəsi və yaxınları gəlişi münasibəti ilə qurban kəsildi.
Tarixi qələbədə əvəzsiz zəhməti olan, fəxrimiz, qazi Rəvan Əzizovun dedikləri:
- Vətən anamızdır və biz onu oğul olaraq qoruduq yağı düşməndən azad etdik! İndi Qarabağımız azaddır. Qazi olmağıma baxmayaraq hər an Vətənimə, xalqıma, dövlətimə xidmət etməyə hazıram!
Tarixi sərəkərdə Ali Baş Komandana və Azərbaycan Respublikasını birinci Vitse prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü bildirirəm. H.Əliyev adına fond mənim Türkiyə Respublikasında müalicəmi qarşıladı və bundan sonra da sağalmağım üçün dəstək olacaqlar. Inanıram ki, tezliklə sağalacam düşməndən azad olunan Qarabağ torpağını qarış-qarış gəzəcəm.
Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr, bizlərə sağlamlıq versin Amin!
Xatırladaq ki, Tarix yazan Vətən müharibəsinin qazisi Rəvan Qabil oğlu Əzizov 2002-ci iyunun 16-da Sumqayıt şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 2008-2019-cvı illərdə Sumqayıt şəhər Təfəkkür liseyində tam orta təhsilini almışdır. 2020-ci il iyul ayının 9-da Sumqayıt şəhər hərbi komisarlığından həqiqi xidmətə yola salınmışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan müharibənin ilk günündən döyüşlərə qatılaraq şücaətlikə vuruşmuşdur. Oktyabrın 6-da Murovdağ istiqamətində gedən döyüşlərdə mənfur düşmənlərimiz tərəfindən boyun nahiyyəsindən vurularaq, yaralanmışdır. Bir müddət Azərbaycanın müxtəlif hospitalları və xəstaxanalarında müalicə aldıqdan sonra Azərbaycan Respublikasını birinci Vitse prezidenti Mehriban xanım Əliyeva tərəfindən müalicələrini davam etdirilməsi üçün qardaş Türkiyə Respublikasına yola salınmışdır.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə və cəbhədə göstərdiyinə şücayətə görə Əzizov Rəvan Qabil oğlunu “Vətən uğrunda”, “Cəsur döyüşcü” medalları ilə təltif edib.
Bəli Azərbaycan xalqı tarix boyu qəhrəmanlar yetişdirən və qəhrəmanları ilə fəxr edən bir xalqdır! Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. Rəvan Əzizov böyüməkdə olan nəsil üçün vətənpərvərlik nümunəsidir.
Sənin kimi oğullarla Azərbaycan xalqı fəxr edir!
Yeganə Telmanqızı
“XeberTıme.az”