SON DƏQİQƏ

Azərbaycandan Ukraynaya növbəti DƏSTƏK

Tarix:11-04-2022, 22:04

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib. 
XeberTıme.az xəbər verir ki, bu barədə SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti məlumat yayıb.
 
Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub:
 
“Hazırda Ukraynanın istənilən yerində gecə-gündüz yardım göstərən hər bir həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə fəxr edirik. Yanacaqdoldurma məntəqəsindəki həmkarlarımıza işlərinə və cəsarətlərinə görə təşəkkür edirik".


“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ