SON DƏQİQƏ

Şəhidlik zirvəsi Hünər zirvəsidir

Tarix:13-04-2022, 01:46

Aprel döyüşləri Dünyada Azərbaycan ordusunun bu döyüşlərdə yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinin şahidi oldu.                                                  Xırdalan şəhərində yerləşən Abşeron Gənclər Şəhərciyinin girişində Aprel döyüşlərində şücaət göstərən  qəhrəman şəhid Rəşidin  Baxşəliyevin böyük bir stendə şəkili var və bu stendə yazılb: “Şəhidimiz Rəşid Baxşəliyev yaşadığı məhəllə”. Bu da böyüməkdə olan nəslin vətənpərvər tərbiyəsinə müsbət təsir edir. Onlar bizim üçün, Vətənimiz üçün canından keçən qəhrəmanlarımızı tanıyacaqlar.                           
Baxşəliyevlər ailəsi digər şəhid ailələrinə bənzəyir sadə, mehriban, öz zəhməti ilə ömür sürən, vətənpərvər Azərbaycan ailəsi.                        
Ailənin ilk övladı Baxşəliyev Rəşid Əliağa oğlu 23 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində Əliağa və Cimnaz xanımın ailəsində dünyaya gəlmişdir. Buzovna qəsəbəsi 7 saylı məktəbəqədər tərbiyə müəssəsində tərbiyə almışdır. Olduqca sakit, heç nədən qorxmayan bir uşaq idi. Saatlarla velosiped sürməyi sevərdi. 2002-ci ildə Buzovna qəsəbəsinin 26 saylı orta məktəbinin birinci sinifinə daxil olur. Səkkizinci sinifə kimi bu məktəbdə təhsil alır ailəsi yeni evə köcdüyü ücün Rəşid 2011-ci ildə Masazır kənd Əliağa Vahid adına 1 saylı orta məktəbində təhsilini davam etdirir. Məktəb fənlərini zəif oxuyurdu. Onun böyük  həvəsi musiqiyə idi. Ona görə də Laçın rayon musiqi məktəbinin qarmon sinifində 5 il təhsil alır. Bütün günü sintezator alətində ifa edirdi. Çox şən oqlan olub Rəsid. 2014-cü ildə orta təhsilini bitirir. Ceyranbatan 4 saylı peşə məktəbinin “traktor sürücüsü” şöbəsinə daxil olur. 2 ay burada təhsil alır. Təhsilini dondurub hərbi xidmətə getmək üçün ərizə yazır. 2014-ci ilin 24 oktyabrında hərbi xidmətə yola salınır. İlk hərbi xidmətini Lənkaranda keçir. Sonra Beyləqan rayonunda “Top Artirelya” kursunu bitirir. Ağcabədinin yuxarı Qiyaməddən kəndində xidmətini davam etdirir. Çox gözəl, dəqiq top vururdu və əsgər Baxşəliyev zabit kursunu bitirib həmişəlik orduda qalmaq isdəyirdi. Əsgəri xidmətindən sonra hərbidə qalıb işləmək onun ən böyük arzusu idi. Tərbiyəli, ədəbli, böyük-kiçik yeri bilən Rəşid Baxşəliyev xidmət etdiyi zaman ailəyə mütamadə olaraq təşəkkür məktubları gəlib.  Rəşid aprelin 1-də ordudan təxris olur. Vətənin dar günündə öz arzusu ilə qalıb vuruşmaq isdəyir.       
2016-cı il 2 aprelin ...20 yaşlı igidimiz aprel döyüşləri zamanı Azərbaycan-Ermənistan təmas xətində baş verən atışma zamanı canını fəda edərək böyük qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalır. Aprelin 11-də Rəşid Baxşəliyev doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyihərbi hissənin əsgərləri, və zabitləri qatıldı. Baxşəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Baxşəliyevlər ailəsi Zəngilan rayonundan məcburi köçgündülər. Şəhidin atası Baxşəliyev Əliağa 1992-93-cü illərdə Qarabağ uqrunda gedən döyüşlərdə vuruşub. Şəhidin anası Cimnaz xanım Vətənə layiqli bir övlad böyütüyü üçün fəxr edir.                                            
Ruhun sad olsun Vətənimin igid oğlu!                     

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
 “XeberTıme.az”
 







 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ