SON DƏQİQƏ

Şəhid anası məktəb direktoru təyin olundu

Tarix:13-04-2022, 11:45

Vətən Müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova 226 saylı məktəbə direktor təyin olunub. 
XeberTıme.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Onun direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edərək uğurlu nəticə əldə etdiyi bildirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı saytımıza təsdiqləyiblər. 
A. Məmmədova bundan əvvəl 252 saylı məktəb-liseydə təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Əlihüseyn Məmmədov 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl- Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuru.araq şəhidlik zirvəsinə ucalır. Əlihüseyn Məmmədov Elşad oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ