SON DƏQİQƏ

Şəhidlərimiz bizim şərəf tariximizdir- FOTOLAR

Tarix:18-12-2020, 22:14

Şəhid İkram Səmidovun foto stendi  böyüyüb boya- başa çatdığı Saatlı rayon Əlisoltanlı kəndində qoyuldu. 
Şəhidimizi tanıyaq:

İkram Şirvan oğlu Səmidov 21.02.1991-ci ildə Saatlı rayon Əlisoltanlı kəndində anadan olub.  1998-ci ildə Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd orta məktəbinin birinci sinifinə daxil olur və  2008- ci ildə tam orta təhsil bitirir və elə həmin ildədə Sumqayıt Dövlət Texniki Kollecinin “Elektrik stansiyaların elektrik avadanlıqlarının quraşdırılması” ixtisasına daxil olur. İkram 2008-2014-ci illərdə burada təhsil almışdır. İlk hərbi xidmətini Tərtər rayonunda keçmişdir. 
21.09.2020 ci ildə Azərbaycanda başlayan  Vətən müharibəsində iştirak etmək üçün çağrılır və  ilk döyüş yolunu Xocavənd, Fizuli, Cəbrayıl, Qubadlı rayonları  uğrunda gedən döyüşlərdə iştirak edir.                                                                                                             

İkram Səmidov Şuşanın azadlığı uğrunda gedən ağır  döyüşlərdə 29 yaşında şəhidlik zirvəsinə ucalır. 12.11.2020- ci il tarixində Azərbaycan Ordusunun hərbiçisi İkram Səmidov  Saatlı rayon Əlisoltanlı kəndində dəfn olunub. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhidin dəfn mərasiminə ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, Saatlı rayon icra hakimiyyətinin nümayəndələridə qatılıb.                                                      
2016-cı ildə sevib seçdiyi Bəsti xanımla ailə qurub 2 övladı bizlərə yadigar qalıb. Oğlu Ömərin 3 yaşı,  qızı Milayın hələ 1 yaşı tamam olmayıb.  
Hər zaman şəhid ailələrinin, qazilərin yanında olan iş adamı Rafiq Xəlilin və şəhidin dayısı Anar Əliyevin  təşəbbüsü ilə  II Qarabağ müharibəsində döyüşüb zəfər tarixi yazaraq şəhidlik zirvəsinə ucalan İkram Səmidovun  foto stendi böyüyüb boya-başa çatdığı  Saatlı rayon Əlisoltanlı kəndində yol kənarında quraşdırıldı.   

Şəhidin anası  Səmidova Salehə xanım zəhmətkeş əsl Azərbaycan anası vaxtı ilə kolxozda işləyib, hal-hazırda təqaütçüdür. Salehə ana qarşınızda baş əyərək, ələrinizdən öpürük. Siz Vətənimiz, xalqımız üçün  İkram kimi övlad böyüdərək tərbiyyə etmisiz. Salehə xanım hər zaman İkram haqqında dediklərində fikirlərində bildirdi: “Bir ana kimi İkramı itirmək mənim üçün çox çətindir. Oğlumla fəxr edirəm, mənə şəhid anası adını qoyub getdi. Xalqımıza bundan sonra xoş müjdəli qələbə xəbərləri arzulayıram.”

İş adamı, xeyriyyəçi Rafiq Xəlil “XeberTıme.az”  informasiya portalına öz fikirlərini bölüşdü:                            

- Birliyimiz bizi qəlbəyə apardı və bu birlik Ali Baş Komandan, Xalq və Ordu birliyidir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbə torpaqlarımızın işğaldan azad olunması şəhidlərimizin qanı bahasına başa gəldi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Mənim təşəbbüsüm, xeyirxah insanların dəstəyi ilə ilə artıq bir neçə rayonda şəhidlərin foto stendini quraşdırılıb. Bu gündə Saatlı rayon Əlisoltanlı kəndində yol kənarında şəhid İkram Səmidovun foto stendini quraşdırdıq. Bizə bu işdə dəstək olan hər bir kəsə xüsusi ilədə şəhidin dayısı Anar Əliyevə öz təşəkkürümü bildirirəm. Şəhidləri yaşatmaq və gələcək nəsillərə tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşatmalıyıq. 


Şəhidin dayısı iş adamı Anar Əliyev bizə öz fikirlərini bildirdi:


- Azərbayacan Ordusu işğal altlndakı torpaqlarımızı azad etmək qüdrətində idi. Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar. Bu gün iş adamı, xeyriyyəçi Rafiq Xəlil və mənim təşəbbüsüm ilə bacım oğlu şəhid İkram Səmidovun foto-stendi böyüyüb boya-başa çatdığı Saatlı rayonu Əlisoltanlı kəndində qoyuldu. Bu bizim şəhidlərimizin, vətənimizin  qarşısında gördüyümüz müəyyən bir borcumuzdur. Onların hər birinin valdeynləri və doğmaları qarşısında baş əyirik. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allah rəhmət eləsin. Vətən sağ olsun! 

Şəhidlərimiz bizim şərəf tariximizdir. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az” 

 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ