SON DƏQİQƏ

Rəssam Vüsal Məmmədovun əziz xatirəsinə həsr olunmuş ilk fərdi yaradıcılıq sərgisi açıldı+ FOTOLAR

Tarix:15-04-2022, 00:47

13 Aprel El Art Studioda Elnurə və Aygün İsgəndərovaların layihə rəhbəri və təşkilatçısı olduqları Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam, həkim- stomotoloq Vüsal Akif oğlu Məmmədovun əziz xatirəsinə həsr olunmuş ilk fərdi yaradıcılıq sərgisi açıldı.
Sərgidə rəssamın müəllifi olduğu 40-a yaxın müxtəlif mövzularda olan rəsm əsərləri və dahi şəxsiyyətlərin portretləri  nümayiş olunurdu. Tamaşaçıların xüsusi diqqətini çəkən 44 günlük Vətən Müharibəsinə həsr olunmuş Vüsalın çəkdiyi amma təəssüf ki, yarımçıq qalmış Xarıbülbül kompazisiyası oldu. Xatırladaq ki, Vüsal Məmmədov 1986-cı ildə anadan olub, 2021 -ci ildə dünyasın dəyişib. Sərgidə rəssamın ailə üzvləri , qohumları , həkim və rəssam dostları , media nümayəndələri iştirak edirdilər. Sərgiyə gələn qonaqlar Vüsal Məmmədov  haqqında xatirələrindən danışdılar. Onun gözəl ailə başçısı, dost , həmkar , gözəl mütəxəssis olduğunu bildirdilər. Sevindirici hal odur ki, Vüsal Məmmədovun 12 yaşlı qızı Aygül  Məmmədova rəssamın yolunun davamçısı olacaq. Sənət yollarında balaca rəssama uğurlar arzulayırıq.
 
Xebertıme.az 
Xüsusi müxbir: Aygün Oqtay




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ