"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
16.04.2022-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1-28-ci maddələrinin hüquqi təhlili, eləcədə müxtəlif mövzularla bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Jalə Abışova- Hüquq müdafiəcisi
2. Əli Zamanov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Qələndər Muxtarlı – Hüquq müdafiəçisi.Tarixçi, ekspert.
4. Xəyalə Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
“XeberTıme.az"