SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi Abdullah Əhmədovun əziz xatirəsinə həsr olunmuş turnir keçirildi- FOTOLAR

Tarix:18-04-2022, 12:06

17.04.2022-ci il tarixində Saray qəsəbəsində yerləşən Rövşən Veysəlov adına idman zalında Vətən müharibəsi şəhidi Abdullah Əhmədovun əziz xatirəsinə həsr olunan Şotakan Karate-Do üzrə VIII açıq çempionatı keçirildi.                                                                                        
Yarış Azərbaycanın Dövlət Himnin səslənməsi ilə açıq elan olundu. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.                            
YDDİB-nin və “SURİ” idman klubunun təşkilatçəılığı ilə keçirilən yarışa bir sıra fəxrli qonaqlar, şəhid Abdullah Əhmədovun atası Əhməd Əhmədov, Qarabağ qaziləri, YDDİB-nin sədri İlham Abbasov və idarə heyətinin üzvüləri, general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov, media nümayəndələri  dəvət olunmuşdur. Dəvət olunan qonaqlara YDDİB-nin sədri İlham Abbasov və “SURİ” idman klubunun prezidenti V Dan qara kəmər ustası Mehman Əlirzayev tərəfindən Fəxri Fərmanlar təqdim olundu.                     
Şəhidin atası Əhməd Əhmədov, general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov, YDDİB-nin sədri İlham Abbasov, Vətən müharibəsi qaziləri Ramin Şirinov, Samir Hüseynov, Hüseyn Cavid, Qorxmaz Məmmədzadə böyüməkdə olan nəslə şəhidlərin adlarının tanınması üçün bu gür yarışların mütamadə keçirilməsinin əhəmiyyətindən danışdılar. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacağından, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun İkinci Qarabağ müharibəsində Azərbaycanın qürur tarixinin yazılmasında söhbət açdılar.                                
Yarışın başlanmasına start verildi. Katedlər və yeniyetmələr arasında “SURİ” idman klubunun prezidenti Mehman Əlirzayevin təşkilatçılığı ilə keçirilən Şotakan Karate-Do üzrə VIII açıq çempionatda Kata, Kumute idman növündə Sumqayıt, Bakı, Göycay, Abşeron, Binə qəsəbəsindən 10 idman klubnun 100-dən artıq idmançısı qatılmışdır. 6 yaş qrupu, 40 çəki dərəcəsidə olan idmançılar I-II-III yer uğrunda mübarizə apardılar. Yarışı 4 hakim idarə edirdi, yarışın baş hakimi V Dan qara kəmər ustası Mehman Əlirzayev idi.                                                     
Sonda I-II-III yerləri tutan idmançılar  Diplomla və medala  mükafatlandırıldı.   

“SURİ” idman klubunun prezidenti Mehman Əlirzayev yarış haqqında öz fikirlərini bildirdi:                          

- Yeganə xanım bu cür yarışların keçirilməsi vacibdir. Böyüməkdə olan nəsil qəhərəman şəhidi tanımalı və onun xatirəsini əziz tutmalıdır. Tariximizi unutmayaq, unudulmasına da imkan verməyək. Gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət xalqa, elinə obasına hörmət ruhunda böyüməsi üçün tarix yazan qəhrəmanlarımızı tanıtmalıyıq. Kiçik idmançılar bu cür əhəməyyətli olan yarışlarda tez-tez iştirak etməli və  vətənpərvər ruhda böyüməlidir.                                                                                                          Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq qalib idmançıları təbrik edirik, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.  

Yeganə Telmanqızı               
“XeberTıme.az”
                                                    




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ