SON DƏQİQƏ

“Ritm bir dünyadır” adlı müsabiqənin 2-ci turu keçirilib- FOTO

Tarix:18-04-2022, 12:25

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət  Mərkəzində “Şuşa İli” nə həsr olunan “Ritm bir dünyadır” adlı ritm müsabiqəsinin 2-ci turu  keçirilib. 
Müsabiqədə Ə.Bakıxanov adına 1 nömrəli uşaq incəsənət məktəbi, Xızı rayon Giləzi Folklor klubu, Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbi, Şuşa rayon Quşçular kənd uşaq musiqi məktəbi, S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbi, Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi, F.Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbi, Abşeron rayon Qobu qəsəbə uşaq incəsənət məktəbi, Qubadlı rayon Ə.Mehdiyev adına uşaq musiqi məktəbi, Abşeron rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbi, Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd uşaq musiqi məktəbi, Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin  şagirdləri iştirak ediblər. Münsiflər heyətinin üzvləri Rövşən Cabbar, Vaqif Əliyev, Azər Vahidi, Eyvaz Mütəllimov ümumilikdə 37 ifaçının istedadını qiymətləndiriblər.
May ayında keçiriləcək hesabat konsertində qalib şagirdlərin təltif olunması nəzərdə tutulub.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ