SON DƏQİQƏ

Gələn ilin qeyri-iş günləri açıqlandı

Tarix:19-12-2020, 01:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə  2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. 
XeberTıme.az  xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, 2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:          

1, 2 yanvar - Yeni il bayramı;
20 yanvar – Ümumxalq hüzn günü;
8  mart – Qadınlar günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
9 may – Faşizm üzərində qələbə günü;
13,14 may – Ramazan  bayramı;
28 may – Respublika günü;
15 iyun – Azərbaycan xalqının milli qurtuluş  günü;
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü; 
20,21 iyul - Qurban bayramı
8 noyabr – Azərbaycan Respublikasının Zəfər günü;             
9  noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;
31 dekabr – Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində  25 mart, 10 may tarixləri istirahət günləridir.
2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.  Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.  
2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışanlar üçün 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında yerləşdirilib.




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ