SON DƏQİQƏ

Gənclər kitabxanasınin kollektivi şəhid ailəsini ziyarət edib

Tarix:19-04-2022, 09:59

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Gənclər Kitabxanasının kollektivi Vətən müharibəsinin şəhidi, ailənin tək övladı Rüfət Zöhrab oğlu Mustafayevin ailəsini ziyarət edib. Şəhidin anası Afət xanım övladı haqqında xatirələrini bölüşərək, Esmira Günəşin Rüfət Mustafayevə həsr etdiyi  “Cənnətdən gələn hədiyyə” və “Qəlbimizin zirvəsində yaşayan qəhrəman...” adlı kitablarını kitabxanaya hədiyyə olaraq təqdim edib. Kollektivimiz Rüfət Mustafayevin ailəsinə maddi və mənəvi dəstək göstərib.
Rüfət Mustafayev 12 mart 1996-cı il Sumqayıt şəhərində dünyaya gəlib. İbtidai təhsilinə 2002-ci ildə Sumqayıt şəhəri 18 nömrəli məktəbdə başlayıb və 2013-cü ildə həmin məktəbdə məzun olub. Elə həmin il Azərbaycan Texniki Universitetinin "Maşınqayırma və robot texnika" fakültəsinə qəbul olunub. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının sıralarında həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına könüllü gedib.
2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri polkovnik-leytenant Zaur Cəfərov ilə birlikdə qəhrəmancasına şəhid olub.
Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ