SON DƏQİQƏ

Gənc şair Elvin Əlizadənin imza günü baş tutub

Tarix:19-04-2022, 22:57

Sumqayıt Regional Mədəniyyət İdarəsi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinə tabe olan Əli Kərim adına Sumqayıt Poeziya evində Gənc şair Elvin Əlizadənin "-29" adlı ilk şeirlər kitabının təqdimatı və imza günü baş tutub. 
İmza günü MİHİ Sumqayıt şəhər Komitəsinin və Əli Kərim adına Sumqayıt Poeziya Evinin birgə təşkilatçılığı ilə keçirilib. 
Kitabın ön söz müəllifi, Poeziya Evinin direktoru İbrahim İlyaslı tədbiri açıq elan edərək Elvinin yaradıcılığından danışıb. Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri: Rəşad Məcid, Elçin Hüseynbəyli, Xəyal Rza, AYB-nin Qubadlı bölməsinin sədri Namiq Məna, Sumqayıt bölməsin sədri Gülnarə Cəmaləddin; filologiya elmləri doktoru, professor, Rafiq Yusifoğlu; şairlərdən - Əşrəf Veysəlli, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Ramiz Qusarçaylı; qiraətçi Xəzər Süleymanlı, Əməkdar jurnalist Rəhman Orxan və digər tanınmış söz adamları müəllifi təbrik ediblər. Qonaqların çoxluğu Elvin Əlizadənin ədəbi mühitdə yeni imza olmadığının əsas göstəricisi idi.
Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti şair Əkbər Qoşalı, Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşları Tərlan Hacıyev, Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyasından -  YAP-ın İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva və baş məsləhətçisi Fəsli Nəbiyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ceyran Həsənova, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova və digər qurumların nümayəndələri Elvin Əlizadəyə yaradıcılıq uğurları arzulayıblar.
Müəllifin şeirlərinin aşıq Ruhiyyə Qarabağlının və "Xalq Ulduzu" yarışmasının qalibi, xanəndə Tural Salmanovun ifasında səslənməsi tədbirə rəng qatıb.
Tədbirdə Sumqayıt şəhər Təhsil şöbəsinin əməkdaşı Cəmilə Fəyyaz və bir sıra gənc müəllimlər müəllifin şeirini kompazisiya şəklində ifa ediblər və səbəbkara Xarı bülbülü simvolizə edən qələm bağışlayıblar. 
Elvinin şeirinin, müəllimi Cəmalə Əliyeva tərəfindən səsləndirilməsi tədbir iştirakçılarının marağına səbəb olub.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ