SON DƏQİQƏ

Aprel döyüşləri qəhrəmanlığımızın böyük səlnaməsidir

Tarix:20-04-2022, 01:41

Aprel döyüşlərinin son  şəhidi- Seymur Baxışov.
Qəhrəmanlıq səlnamənidə “Aprel şəhidləri” tarix yazdılar. Tarix yazan igidlərimizdən biridə Seymur Qulamhüseyn oğlu Baxışov 1987-ci il 12 iyul  Sumqayıt şəhərində sadə, mədəni, vətənpətvər və hərbiçi  ailəsində evin son beşiyi dünyaya gəlir. Onun atası və qardaşı hərbiçi idi. Seymur Sumqayıt şəhər  41 saylı məktəbəqədər tərbiyə müəsəsində tərbiyə alır. Çox dəcəl, olduqca da səliqəli bir uşaq idi. 1994-cü ildə Sumqayıt şəhər A.İbrahimov adına 14 saylı orta məktəbin rus bölməsinin birinci sinifinə qəbul olur. Məktəbə illərində dərslərini əla oxuyurdu. Güclü yaddaşa malik idi və olduqca xeyirxah, mülayim bir uşaq idi. Dost kimi, qardaş kimi gözəl insan idi. Sumqayıt şəhər A.İbrahimov adına 14 saylı tam orta məktəbin sabiq direktoru Xanım Həsənova Seymur haqqında dedikləri: ”Seymur çox fəal, həmişə səliqəli geyimdə, əlaçı, vətənpərvər, dostları ilə gözəl münasibət quran bir şagird idi. Məktəbi bitirən məzunlardan yaddaşımda qalan şagirdlərdən biri idi. Onun ölümü məktəbin bütün kollektivinə ən çoxda mənə pis təsir etdi. Amma onunla bu gündə fəxr edirəm ki, o Vətəni, milləti yolunda şərəfli bir zirvəyə ucaldı. Allah rəhmət eləsin!” 
2003-cü ildə 9-cu sinifini bitirir. 2003-2005-ci illərdə Sumqayıt şəhər Təfəkkür liseyində oxuyub tam orta təhsilini başa vurur. 2006-cı il yanvarın 11-də hərbi xidmətə cağrılır. Hərbi xidmət illərində savadlı, seçılən əsgər olduğundan onu 9 ay sonra sentyabr ayında  gizirlik kursuna yazılır. Seymur gizirlik kursunu bitirir. 2007-ci ildə Yasamalda hərbi hissədə gizir vəzifəsində işləməyə başlayır. 2009-cu ilin noyabr ayının 8-də Aynur xanımla ailə həyatı qurur. 2011-ci ilin   noyabrın 8-də Amin adlı oğlu dünyaya   gəlir. 2012-ci ildə isə Bakıda xüsusi təyinatlı qrupunun giziri vəzifəsində  işləyir. 2016-cı ilin mart ayında Tərtərə ezam olunur.     
2016-cı il 3 aprel... Öz şücaəti ilə düşməni qorxuya salan qəhrəman Seymur Baxışov Ermənistan-Azərbaycan təmas xəttində bas verən atışma zamanı ən uca zirvəyə şəhidlik zirvəsinə ucalır.  O, aprelin 20-də doğulub, böyüdüyü şəhərin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləridə qatıldı.                                                                         
Şəhid anaları oğul formalaşdırıb, tərbiyə edirlər. Onlara vətənini, millətini sevməyi aşlayırlar. Atası Qulamhüseyn, anası Zemfira xanim, qardaşı Samir, bacısı Səbinə xaım, həyat yoladaşı Aynur xanım həmişə və bu gündə Seymur ilə fəxr edirlər. Seymur Qulamhüseyn oğlu Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, “Qüsursuz xidmətə görə” II dərəcəli, “Qüsursuz xidmətə görə” III dərəcəli medallar ilə təltif edilmişdir.  
2017-ci ildə şəhid Seymur Baxışovun yaşadığı binanın qarşısında xatirə lövhəsi vurulub.   
Vətənə, torpağa sevgisindən, azadlıq  eşqindən götürür. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt unudulmayacaq!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı               
“XeberTıme.az”



                            

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ