SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb-FOTOLAR

Tarix:20-04-2022, 23:52

Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisinin açılış mərasimi keçirilib. 
Tədbirdə sərginin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığından danışıblar. Əməkdar rəssam Yelena Haqverdiyeva tədbirdə iştirak edənlərə, belə bir sərginin təşkilinə görə isə Xalça Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sərgidə ömürləri boyu bir-birinə və onları birləşdirən sənətə sonsuz sevgi ilə bağlı olan iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş etdirilir. Burada yüksək bədii zövqü, xüsusi fərdi üslubu ilə seçilən Yelena Haqverdiyevanın Səfəvi saray xalçalarını, ov və bağ səhnələrini xatırladan təsvirlərlə, mənzərələr, natürmortlar, sevgililərin obrazları ilə zəngin “Xalça bağları” silsilə əsərləri təqdim olunur. Sərgidə tamaşaçılar rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə çoxşaxəli yaradıcılığa malik Ucal Haqverdiyevin istedadının yeni aspektləri ilə tanış ola bilərlər. Belə ki, ilk dəfə rəssamın müəllifi olduğu bədii tikmələr, keramika məmulatları, ağac və daş üzərində işləri geniş ictimaiyyətə təqdim edilir. Ucal Haqverdiyevin əsərləri arasında müqəddəslərin ikonoqrafiyası, İtaliya İntibahı üslubunda yaratdığı həyat yoldaşı Yelenanın portretləri, süjetli səhnələr və böyük modernist rəssamların əsərləri ilə assosiasiya doğuran kompozisiyalar üstünlük təşkil edir. Onun keramika və ağacdan əsərlərinin böyük əksəriyyəti isə heyvan təsvirləridir. Açılış mərasimində layihə çərçivəsində 3 dildə hazırlanmış “Bir taleli iki insan” adlı kataloqun təqdimatı da keçirilib. Tədbirdə həmçinin Haqverdiyevlər ailəsinin arxiv fotolarından ibarət video-çarx nümayiş olunur. Qeyd edək ki, iyunun 19-dək davam edəcək sərgi çərçivəsində muhazirələr, ustad dərsləri keçiriləcək. 
Aygün Oqtay                                                                       

Xebertıme.az Xüsusi müxbir: 
 
В Азербайджанском национальном музее ковра открылась выставка «Одна судьба на двоих»                                                                                   
19 апреля в Азербайджанском национальном музее ковра состоялась церемония открытия выставки «Одна судьба на двоих», посвященной творчеству Елены и Уджала Ахвердиевых. Куратор выставки, директор Азербайджанского национального музея ковра Ширин Меликова, председатель Союза художников Азербайджана, Народный художник Азербайджана Фархад Халилов, начальник отдела музеев, галерей и выставок Министерства культуры Наргиз Абдуллаева, секретарь Союза композиторов Азербайджана, Заслуженный деятель искусств Азербайджана, профессор Земфира Гафарова рассказали о творчестве Елены и Уджала Ахвердиевых. Заслуженный художник Азербайджана Елена Ахвердиева поблагодарила участников мероприятия и руководство Азербайджанского национального музея ковра за организацию выставки. На вернисаже представлены 54 картины и произведения прикладного искусства двух художников, пронесших через всю свою жизнь любовь к друг другу и к искусству, которое их объединяло. Представлена серия Елены Ахвердиевой «Ковровые сады», богатая пейзажами, натюрмортами и изображениями влюбленных, напоминающими сефевидские дворцовые ковры, охотничьи и садовые сцены. Зрители также могут ознакомится с новыми сторонами творчества Уджала Ахвердиева, обладавшего многогранными талантами в области живописи и графики, монументальной живописи, поэзии, а также прикладного искусства. Так, впервые широкой публике представлены работы художника в вышивке, керамике, дереве и камне. В этой области творчества Уджала Ахвердиева преобладают иконографии святых, портреты его жены Елены в стиле итальянского Возрождения, сюжетные сцены и композиции, связанные с творчеством великих художников-модернистов. Большинство его работ по дереву и керамике представляют собой изображения животных. На церемонии открытия также состоялась презентация каталога «Одна судьба на двоих», подготовленного на трех языках в рамках выставочного проекта. На мероприятии также представлен видеоролик с архивными фотографиями семьи Ахвердиевых. В рамках выставки, которая продлится до 19 июня, будут организованы лекции и мастер-классы.               
Айгюн Октай                                                                     

Специальный корреспондент Xebertime.az: 
 
The Azerbaijan National Carpet Museum hosted the opening of the exhibition Two Hearts One Destiny 


On April 19, the Azerbaijan National Carpet Museum hosted the opening of the exhibition Two Hearts One Destiny, representing the creativity of Ujal Hagverdiyev and Elena Hagverdiyeva, remarkable Azerbaijani artists and an amazing couple secured in each other’s love and art journey through life together. Curator Dr Shirin Melikova, Director of the ANCM, People's Artist Farhad Khalilov, Chair of the Union of Artists of Azerbaijan, Nargiz

Aygun Oktay                                                               
Xebertime.az Special correspondent:

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ