SON DƏQİQƏ

“İşğaldan azad olan tarixi abidələrimiz ” adlı rəsm sərgisi keçirildi+ FOTOLAR

Tarix:21-04-2022, 00:18

Aprelin 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 aprel -Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş “İşğaldan azad olan tarixi abidələrimiz ” adlı rəsm sərgisi keçirildi.                                                      Tədbirdə Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli və xanımı Muhabbat Solieva, Azərbaycan Rəssamlar ittifaqının üzvləri, tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar, Türkəyinin tanınmış foto rəssamı Naim Pir və sərgidə əsərləri nümayiş olunan rəssamlar,Yasamal rayon 31 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Qonaqlar ilk öncə Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad etdilər. Muzey bölməsində Mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar haqqında ətraflı məlumat verildi. Mərkəzin direktoru Naminə Ömərova qonaqları salamladı, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunmasından və ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və işğaldan azad olunmuş tarixi abidələrimizin bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində icra olunan bir sıra layihələrdən danışdı. 18 aprel -Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar keçirilən sərgidə iştirakına görə Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyə təşəkkürünü bildirdi. Sonra “İşğaldan azad olan tarixi abidələrimiz ” adlı rəsm sərgisinə baxış keçirildi. Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli sərgi ilə tanış oldu, sərgilənən rəsm əsərlərini yüksək qiymətləndirərək, ölkələrimiz arasındakı dostluq münasibətindən, hər iki xalqın tarixi köklər, mədəniyyət, musiqi və sənət sahəsindəki oxşarlıqlarından bəhs etdi. Sonda rəssamlar Yasamal rayon Heydər Əliyev Mərkəzinin diplomları ilə təltif olundu, qonaqlarla xatirə şəkilləri çəkildi.                                                              

Aygün Oqtay                                                                          
Xebertıme.az Xüsusi müxbir:

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ