SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi

Tarix:23-04-2022, 01:42

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
23.04.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası Ailə  Məcəlləsinin 1-28-ci maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-237-ci maddələrinin hüquqi təhlili, maddələrlə  bağlı fikir mübadiləsi eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr  aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                                           
 
1.  Əli Zamanov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil 
 

2. Xəyalə Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil 
 

3. Cəlil Mahmudov– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil  
 


4. Vamiq Şükürov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil 
                                  
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və  “dünyatv.az” sayıtlarına məxsusdur.

  Yeganə Telmanqızı 
  “XeberTıme.az"



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ