SON DƏQİQƏ

Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə tədbir keçirilib

Tarix:23-04-2022, 01:59

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları N.Tusi adına 12 nömrəli tam orta məktəbdə 4 b sinif şagirdlərinin iştirakı ilə 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə “Qeyri-adi kitablar haqqında maraqlı faktlar” adlı tədbir təşkil edib. 
Tədbirdə kitabxananın baş mütəxəssisi bu günün təsis olunma tarixi, məqsədi və əhəmiyyəti haqqında məlumat verdikdən sonra dünyada mövcud olan qədimliyinə, adının uzunluğuna, ölçüsünə, hündürlüyünə, çəkisinə, tirajına, qiymətinə görə qeyri-adi kitablar haqqında söhbət açıb.
O həmçinin, uşaqları Mərkəzi uşaq kitabxanasının fondunda olan cəlbedici iri və miniatür kitablar, qalın və nazik kitablar, qeyri-adi formalı-panoramalı, 100 sirrin cəmləşdiyi pəncərəli kitablar, şəkilləri yalnız işıq şüaları altında görünən kitablarla tanış edib.
Sonra çıxış edən ibtidai sinif müəlliməsi İlhamə Axundzadə, məktəb kitabxanasının müdiri kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulayaraq onların yaradıcılarına, müəlliflərinə hörmət və ehtiramla yanaşmanın vacibliyini bildiriblər.
Sonda uşaqlar kitabxana əməkdaşlarının hazırladığı “Ginnesin Rekordlar Kitabı” ndan bəhs edən videoçarxı izləyiblər.

“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ