Hacıyeva Fatma Yunis qızı 22 aprel 2022- ci il tarixində 82 yaşında vəfat edib. Qarabağ qazisi, Əfqanıstan müharibəsi veteranı və AVMVİB-nin üzvü, Hərbi ekspert Mirzahid Hacıyevin anası Fatma Hacıyevanın vəfatı ilə əlaqədar “XeberTıme.az” analitik informasiya portalının təsisçisi və direktoru Yeganə Telmanqızı başda olmaqla bütün komandası adından, “Həkəri” qəzetinin baş redaktoru, yazıçı-publisist Rauf İlyasoğlunun, Ağstafa rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyevin, SS Productionun rəhbəri Samir Əhmədovun, Qarabağ qazisi Kamil Hüseynovun və karate üzrə məşqiçi müəllim Namiq Həsənovun adından doğmalarına və yaxınlarına dərin hüzünlə baş sağlığı verərək uca Allahdan rəhmət diləyirik.
Allah yerini cənnət etsin! Amin!
“XeberTıme.az”