SON DƏQİQƏ

Güloğlan Cabbarov səhhəti günü-gündən yaxşılaşır,

Tarix:19-12-2020, 01:55

Əziz dostlar bir neçə gün əvvəl Dünya çempionu, hüquqşunas  Güloğlan Cabbarov haqqında bəzi sayıtlarda yalnız informasiya yayılıb. Güloğlan Cabbarovun  köməkçisi Pərvanə xanım sayıtımıza Güloğlan müəllim baradə məlumat verdi. Onun sözlərinə görə “Güloğlan Cabbarovun səhhətində müəyyən problem oluduğu üçün bir neçə gün əvvəl xəstaxanaların birinə yerləşdilib. Həkimlərdən aldığımız məlumata görə Güloğlan müəllimin müalicəsi davam edir, hal- hazırda səhhətində yaxşılaşma müşahidə edilir. Bəzi saytlarda yayılan şayələrə görə Güloğlan Cabbarov Mərkəzi Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və  koronavirus xəstəsi olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Diqqətinizə çatdırmaq istəyirik ki, Güloğlan Cabbarov səhəttində olan problemlə əlaqədar Güloğlan müəllimin reanimasiya şöbəsində olması yalnışdı. Sadəcə soyuq dəymə və  yüksək təzyiq  səhəttində bəzi problemlərə yol açıb. Sayıtınız vasitəsi ilə hörmətli jurnalistlərdən xahiş edirəm ki, dəqiqləşdirılməmiş məlumat yaymasınlar.”
“XeberTıme.az”  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ