Space tv "Qarabağ Azərbaycandır!" verilişi Vətən Müharibəsi qaziləri və bir qrup könüllülər ilə Bərdə və Füzuli rayonlarının kəndlərində şəhid ailələrinin həyətlərində növbəti dəfə abadlıq, yaz iməciliyi işi aparıblar. Könüllülərə Bərdə kingboksing federasiyasının yeniyetmə idmançıları, rayon sakinləri, Bərdə və Füzuli qaziləri də qoşulub.
“XeberTıme.az”