SON DƏQİQƏ

Övladlarınıza ad vevəndə diqqətli olun

Tarix:24-04-2022, 22:50

Rauf, Niyaz, İlyas , Sabir, İbrahim, Əli , Hafiz, Ələddin, İmran, Nəcəf , Məhəmməd və digər adlara qondarma nəsə qoşmaq olmur.Bu günah da sayılır. 
Çünki bu adlarda  Uca Yaradanınızın , peyğəmbərlərimizin və əhli beytimizin nişanələri var. Allahın 99 adlarından biri xatırlanır .
Atalarımız hörmət əlaməti və Allaha bağlı olduqları üçün bu adları seçiblər .
Bəzən mənasız adlara da rast gəlmək olur. Hər hansı bir məşhur xarici iş adamının və ya  firmanın, cihaz və avadanlıqların, avtomobillərin və sair  adlarını uşağa qoymaq düz deyil .
Körpəyə belə adları qoyanda gərək fikirləşək ki, bu uşaq böyüyəndə öz adından utanmasın.
Məsələn; Sandıq, Paket, Çaynik, , Traktor, Kommunist, Şura , Gulbadam, Hamayil və sair adlar insana şərəf gətirmir . Çox vaxt da insan öz adına uyğun hərəkət etməyə çalışır. Mübariz adı qoyulan uşaq adının mənasını biləndə Mübariz  kimi olmağa çalışır .Hər bir ad insanın formalaşmasında böyük rol oynayır . Özü ki, uşaqlarınıza ad sevəndə çalışın mənalı adlar seçin.
Elə bilməyin ki, Aydın adına bir xan da əlavə etməklə  qondarma  Aydınxan gələcəkdə hörmətli adamlardan olacaq ?
Bəlkə ikili qoşa adların qoyulması da adamı bəzən  yarımçıq qoyur. Bir vaxtlar  Şahin təlxəkləri olardı.Hacı bəlanı demirəm haa. 
Həmin o təlxəklər də  Padşahı  və əyalətini əyləndirərdi. 
Bu gün bizi  əyləndirənlər necə də coxalibdir.
Allah xalqımızı hər cür xətadan, bəladan , nəfsdən və  virusdan  qorusun.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ