SON DƏQİQƏ

Əziz dostum Eldar Veys oğlu Əliyev

Tarix:24-04-2022, 23:03

Bir vaxtlar bəxtəvər günlər yaşayırdıq. Agdam şəhəri bizim həm aramız həm də yaylağımız, dağımız idi.Təmiz havası, bərəkətli torpağı var idi. İnsanları da mehriban və qonaqpərvər idi.Anam təndirdə çörək bişirərkən ətri hər tərəfə yayılardı. İsti çörəkdən hər qonşuya pay ayırardıq.
Qonşularımız da bizim kimi mehriban, qonaqpərvər idi. Bağımızın bol məhsulu aşıb daşardı.
Çəpər qonşumuz Eldarla mən bir sinifdə, Eldarın bacısı Ellada xanım isə böyük qardaşım Niyazla bir sinifdə oxuyurdular.
Həyətimizdə fındıq ağacımız qonşu tərəfə əyilərdi. Eldarla tez- tez bağımızda söhbət edərdik.Eldar gözəl rəsm çəkərdi. Fikirləşirdim ki, əgər bu sənəti davam etdirsəydi, bəlkə də məşhur rəssam olardı.
Eldar rəssamlığın dalınca getmədi.Agdam işğal olunduqdan sonra məcburi köçkün həyatı yaşadıq.
Dolanışıq dərdindən hərəmiz bir zəhmətə qarışdıq. Eldar da çox əziyyətlər cəkirdi.Ailə qurmuşdu .Gözəl balaları dünyaya gəlmişdi. Kirayələrdə qalmaq onu bezdirmisdi.
Ağdam erməni quldurları tərəfindən işğal olunduqdan sonra Eldar da Bakıya pənah gətirmişdi. Min bir əziyyətlərə qatlaşdı. Xırda ticarətlə məşğul oldu. Ailəsini yarı ac, yarı tox dolandırirdi. Soyuqda, şaxtada hər çətinliyə sinə gərirdi.
Ağdam dərdi onu çox kədərləndirirdi.
Tez- tez Eldarla və böyük qardaşı Ariflə əlaqə saxlayırdım. Bir gün Eldar mənə dedi. Rauf, oğlum kompüteri öyrənib. Ona nəşriyyatda bir iş tapmaq olar? Eldarla Şamo müəllimin yanına gəldik. Eldarın oğlu Veys çox bacarıqlı gəncdir. Tez bir zamanda kompüterin ən incəliklərinə yiyələndi. 
Pandemiya dövrü başladı, insanlar bir - biri ilə əlaqə saxlamır, hər kəs evinə qapılaraq təhlükənin uzaqlaşmasını gözləyirdi. 
Bir vaxt eşitdim ki, Eldar Veys oğlu dünyasını dəyişib. Çox kədərləndim. Nə qədər dostlarımızı bu iki il ərzində itirdim İlahi. Allahdan orta məktəb dostum Eldar Veys oğluna və bacısı Ellada xanıma rəhmət diləyir,övladlarına səbr diləyirəm. 
Amma hər dəfə Eldarın oğlu Veysi görərkən qururlaniram, sevinirəm. Veys çox istedadlı gəncdir, öz sənətinin vurğunudur. İmza nəşrlər evi in müdiri Səbuhi Aslana da təşəkkür edir ki, Veysə diqqət və qayğı gostərik..
Veys kollektivin dərin hörmətini qazanib
Kompüteri əla mənimsəyib. Butun proqramları öyrənib. Yüzlərlə müəlliflərin kitablarının ərsəyə gəlməsində Veysin əməyi böyükdür.
Dinə, imana bağlı olan Veys Eldar oğluna can sağlığı arzulayır və söz vermişəm ki, Veysin toyunda masabəyi olaraq bir əmi olaraq qardaşım Niyazla birlikdə can başla iştirak edək.
Çox təəssüflər olsun ki, orta məktəbdə vaxtilə çəkdirdiyimiz şəkillər də Ağdam şəhərimiz işğal olunarkən dolu evlərimizdə qaldı. Bizi yurdumuzdan didərgin salan Rus imperiyasına və erməni quldurlarına lənətlər yağdırıram.
Bəlkə də Ağdam rayonumuz işğal olunmasaydı dostlarımın, doğmalarının da ömrü uzun olardı, dərd qəmdən uzaq olardıq.
 
Rauf İlyasoglu
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ