SON DƏQİQƏ

Şuşa şəhərinin 270 illiyinə həsr edilən “Müqəddəs şəhər” adlı sərgi və konsert keçirilib- FOTO

Tarix:25-04-2022, 23:42

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Quşçular kənd uşaq musiqi məktəbi və Şuşa Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şuşa şəhərinin 270 illiyinə həsr edilən “Müqəddəs şəhər” adlı sərgi və konsert keçirilib. Qalereyanın rəhbəri tədbir iştirakçılarına Şuşa şəhərinin tarixi abidələrinin şəkilləri əks olunan sərgi haqqında məlumat verib. Məktəbin direktoru isə qonaqları salamladıqdan sonra fortepiano, tar, qarmon, nağara və xanəndəlik sinifinin şagirdlərinin ifasında Azərbaycanın xalq mahnıları və şuşalı bəstəkarların Azərbaycan profesional musiqisinə bəxş etdiyi əsərlər səslənib. 
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə nümayəndəsi Bayram Cəfərli çıxış edərək bildirib ki, Şuşa dünyaya nəinki musiqi, ədəbiyyat, ümumiyyətlə bütün sahələr üzrə görkəmli nümayəndələr bəxş edib.
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ